Mirmehdi Seyidzadə. "Tikan və qızılgül"
Tikan çox tәәccüblә,
Söylәdi qızılgülә:
Bir kolda, bir budaqda,
Yetişirik biz bağda.
Bәs sәbәb nәdir ki, sәn,
Hamıya sevimlisәn,
Mәni sevmәyir һeç kәs?
Gül dedi:-Deyil әbәs,
Bir yerdә olsaq da biz,
Ayrıdır xislәtimiz.
Sәn һәr әlә batırsan,
İncidib qanadırsan.
Mәn könül oxşayıram,
Qәlblәrdә yaşayıram.
20.11.2018