Nağıllar, hekayələr

İlyas Rəsulov. “Quş yuvası”

Həftə sonu idi. Uşaqlarla görüşmək qərarına gəldik. Hər kəs bazar ertəsinin tapşırıqlarını yazdığından heç kəsin işi yox idi. Hamı evdə darıxırdı. Qərara gəldik ki, görüşək. Belə də etdik. Futbol oynamaq üçün topumuzu götürüb meydançamıza getdik. Oyuna başladıq.

 

Meydançamızın yanında böyük bir ağac var idi. İsti vaxtlarda bəzən oyuna fasilə verib ağacın kölgəsində istirahət edirdik. Oyun zamanı Ramin topu komanda yoldaşı Fəridə ötürmək istəyəndə top ağaca düşdü.

 

Ramin ağaca dırmaşıb topu götürərkən gördü ki, top quş yuvasına düşüb və bir quşu yaralayıb, həmçinin quşun yuvasını da dağıdıb. Sən demə ağacda quş yuvası var imiş. Qonşuluqda Lətif dayı adlı qoca və müdrik bir kişi var idi. Lətif dayı gəncliyində aqronom olduğundan heyvanlar haqqında kifayət qədər məlumatı var idi. Biz də quşu Lətif dayının yanına apardıq. Lətif dayıya hər şeyi danışdıq. O, quşu sağaldarkən biz də köməkləşib bir quş yuvası hazırladıq. Yuvanı ağacın elə yerinə yerləşdirdik ki, bir də topumuz yuvaya zərər vurmasın. Quş da bu vaxtda sağaldı. Biz də onu yeni yuvasına apardıq.

 

Lətif dayı bizə dedi: 
-Afərin sizə uşaqlar. Bəlkə də sizin yerinizdə başqa uşaqlar olsaydı yazıq quşu ölümə tərk edərdi. 

 

Şəki rayonu Orta Zəyzid kənd 2-saylı tam orta məktəbin 6-ci sinif şagirdi  İlyas Rəsulov