Məmməd Araz. Azərbaycan - yurdum mənim!
Qayalarda bitən çiçək,
Çiçəklikdə bir qayatək,
Ulduzlara səs düşəcək:
Azərbaycan – yurdum mənim!
Qartalları od qanadlı,
Oğulları şimşək atlı,
Ana Vətən kainatdı
Azərbaycan – yurdum mənim!
Dostdan uca zirvə varmı?
Sözdən şirin meyvə varmı?
Bundan gözəl töhfə varmı?
Azərbaycan – yurdum mənim!
02.02.2022