Cənubi Amerika quşu: Boz nəhəng çobanaldadan
Boz nəhəng çobanaldadan (Nyctibius griseus) - Cənubi və Mərkəzi Amerikanın meşələrində, eyni zamanda Karib adalarında rast gəlinən nəhəng yırtıcı quşdur.
Quşun bədən uzunluğu 55 sm-ə, çəkisi isə 230 qrama çata bilər. Qanadlarının uzunluğu 125 sm, quyruğu 27 sm-dir.
Bu möcüzəvi quş tez-tez otlayan heyvanların arasında olduğu üçün ona bu ləqəbi veriblər. Deyilənə görə, keçi südü ilə qidalanıb. Başqa çoban aldadan quşları kimi bu quş da şər qarışan vaxt maskalanır. Onu lələyinin rənginə görə yerdən seçmək olmur.
Boz nəhəng çobanaldadan quşunun tükləri əsasən boz rəngindədir, üzərində qara zolaq və ləkələr var. Quşun ayaqları çox qısa, quyruğu isə uzundur. Ümumiyyətlə, çobanaldadan quşları dünyanın müxtəlif bölgələrində (əsasən tropik və subtropik) geniş yayılmışdır və rəngləri ağac rəngində olur, bu xüsusiyyətlərinə görə bu quşlar təhlükə anında gizlənməyi yaxşı bacarırlar. Boz nəhəng çobanaldadandan fərqli olaraq, növlərin əsas hissəsi yalnız yüz qram ağırlığında olurlar.
Boz nəhəng çobanaldadanın həm dişisi, həm də erkəyi eyni rəngdədir. Gözləri çox iti və böyük ölçüyə malikdir, bu da gecə həyatı ilə əlaqəlidir.
Boz nəhəng çobanaldadan şahinlər kimi hündürdən uçan quşdur. Qaranquşa da bənzəyir. Ayaqları qısadır, yer üstündə yöndəmsiz və yavaş sıçrayışlarla hərəkət edirlər.
Boz nəhəng çobanaldadan quşunun xarakterik xüsusiyyətlərindən biri də - çox böyük eni olan qısa bir dimdiyə sahib olmasıdır.
Bu quşlara tez-tez mal-qara yaxınlığında rast gəlmək mümkündür - bu, gecə quşlarının qida rasionunu təşkil edən böcəklərin burada çox olmaq ehtimalı ilə bağlıdır.
Cütləşmə mövsümündən sonra dişi quş yalnız bir yumurta qoyur. Gün ərzində erkək quş yumurtanı inkubasiya edir, gözlərini yumur və heç yerindən tərpənmir. Gecə onu dişi quş əvəz edir və erkək yemək axtarmağa gedir.
Bu quşlar əsasın gecələr fəal olurlar, gün ərzində heç ortalıqda görsənmirlər. Lakin, boz nəhəng çobanaldadan quşunun gündüz ovlayaraq aşağıdakı kimi hərəkət edə biləcəyi barədə məlumatlar var: zaman-zaman quş ağzını açır və bununla da yapışqan selikli qişanın üstündə oturmaq istəyən milçəkləri ovlayır. Böcəklərin sayı kifayət qədər böyüdükdə, quş ağzını örtür və ovunu uddur. Bir müddət sonra ov davam edir, ancaq quşun gözləri hər zaman qapalı qalır.
Ov edərkən nəhəng çobanaldadan quşu çox nadir hallarda yerə oturur, amma bu baş verərsə, demək olar ki, ayaqlarının köməyi olmadan qanadlarını açıb, həm quyruğa, həm də onlara söykənə bilərlər. Boz nəhəng çobanaldadan xüsusilə ay işığında fəaldır.
25.03.2021