Bu maraqlıdır!

Günəş necə hərəkət edir?

Kainat üfürülmüş şar şəklində şişib yayılaraq bütün planet və ulduzları hərəkət gətirir. Bu prosesdə Günəş və başqa səma cisimləri ilə birgə öz yerini dəyişir. Günəş aid olduğu Süd Yolu qalaktikasının mərkəzi ətrafında öz planetləri ilə birlikdə dövr edir.

 

Bundan başqa, Günəş öz oxu ətrafında fırlanır, bu hərəkət 25 günə başa gəlir. Yerdən baxanda bizə elə gəlir ki, Günəş hər gün eyni yol qət edərək səmada öz yerini dəyişir. əslində isə yer kürəsi başqa planetlər kimi həm öz oxu, həm də Günəş ətrafında fırlanaraq hərəkət edir.