Xəbərlər

Gənc Tamaşaçılar Teatrının səhnəsində maraqlı tamaşalar oynanılacaq

Bakı, 23 fevral (AZƏRTAC). Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mart ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
5 mart - Ərəb xalq nağılı “Ələddinin sehrli çırağı” 
6 mart – Xanımana Əlibəyli. “Dovşanın ad günü” 
10 mart – Brandi Marvin. “Yatmış gözəl” 
13 mart - Azərbaycan xalq nağılı “Göyçək Fatma”
18-25 mart - “Tamaşalar paradı” (20 mart - Dünya Uşaq və Gənclər Teatrı Günü münasibətilə)
18,19, 20, 25 mart - Rus xalq nağılı - “Möcüzəli turp” (premyera) 
22 mart – Abdulla Şaiq. “Tıq-tıq xanım” 
23 mart – Rus xalq nağılı “Qoğalın nağılı” 
24 mart – Pərvin Nurəliyeva. “Dəcəl keçi”
26 mart – Şarl Perro. “Çəkməli pişik” 
27 mart – Astrid Lindqren. “Balaca və damda yaşayan Karlson”
 
Tamaşalar saat 12, 14, 16-da başlanır.