Xəbərlər

Balacalar “Yarat” ilə qalaktikanı öyrənəcəklər

Bakı, 4 aprel, AZƏRTAC

 

Aprelin 7-də balaca uşaqlar qalaktikanı öyrənəcəklər.

AZƏRTAC xəbər verir ki, “Balaca Yarat” uşaqlar üçün bu cür növbəti şənbə günü proqramı təşkil edir. Uşaqlar planetləri kəşf edəcək, özlərini kosmosun bir parçası kimi təsvir edəcəklər.

Qeyd edək ki, proqram saat 11:00-da 3-7 yaşlı uşaqlar üçün, ️14:00-da isə 8-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Qeydiyyat bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 18:30-dək aparılır.