Teymur Elçin. Nağıl nəğmə
Div axtardı, hər yanı,
Tapmadı o, Cırtdanı,
Ağacda gördü birdən,
Çağırdı onu yerdən:
— Düş, — dedi,
— Düş, — dedi,
Yemərəm, düş.
Cırtdan dedi: — Aş gətir,
Üstündə lavaş gətir.
Yeyim, sonra tut məni,
İstəsən, lap ud məni.
— Tut, — dedi,
Cırtdanı tut.
— Tut, — dedi,
Cırtdanı tut.
Div getdi dəyirmana,
Aş gətirsin Cırtdana.
Cırtdan tez qaçdı evə,
Belə oxudu divə:
— Get, — dedi,
Aldatdım, get.
— Get, — dedi,
Aldatdım, get.
Nağıl qurtardı,
Nağıl qurtardı.