Xəbərlər

Pantomima teatrının yeni mövsümdə tamaşaları

03.08.2014. Əziz uşaqlar! Azərbaycan Dövlət Pantomima Teatrının mövsümün ilk ayında uşaqlar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:  
 
21 sentyabr – “Tıq-Tıq”
28 sentyabr – “Balaca şahzadə”
 
Tamaşalar saat 14:00-da başlayır.
 
Bu tamaşalara baxdıqdan sonar yersiz küsəyənliyin, lovğalığın zərərinə, dost tapmağın çətinliyinə, dostluğu qorumağın vacibliyinə bir daha əmin olacaqsınız. Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima, bədən dili ilə istənilən duyğu ya da mövzunu izah etməkdir. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. O vaxt Mədəniyyət Nazirliyi tərəfindən Gənc Tamaşaçılar teatrının nəzdində “Dəli yığıncağı” pantomima teatr-studiyası yaradılmışdı. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir.