Xəbərlər

“Qarınqulu ayı balası” tamaşasının Rusiyanın Kirov vilayətində premyerası olub

Rusiyanın Kirov vilayətinin Nolinsk şəhərində fəaliyyət göstərən “Fantazyorlar” Teatr Kollektivi azərbaycanlı yazıçı Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerasını təqdim edib.

 

AZƏRTAC xəbər verir ki, premyera Nolinsk şəhər Bələdiyyə dövlət məktəbəqədər təhsil müəssisəsi 2 nömrəli "Kolobok" uşaq bağçasında keçirilib.

 

Tamaşa balacalar tərəfindən böyük sevinclə və alqışlarla qarşılanıb.

 

Səhnə əsərinin quruluşçu rejissoru, teatrın rəhbəri Lyubov Yakurnovanın bildirdiyinə görə, sözügedən tamaşa Nolinskin digər bağçalarında da balaca izləyicilərə təqdim olunacaq.