Xəbərlər

“Youtube”da Türkiyənin ən çox izlənilən uşağı

Bakı, 28 fevral, AZƏRTAC

 

“Youtube”da Türkiyənin ən çox izlənilən uşağı xeyli marağa səbəb olub. AZƏRTAC CNN Türkə istinadla xəbər verir ki, beş yaşlı Elifin 2016-cı ildən fəaliyyət göstərən “Youtube” kanalı 1,5 milyondan çox təqibçi tərəfindən izlənilir. İndiyədək balaca qızın kanalına 2 milyard 433 milyon 820 min baxış olub.