Lev Tolstoy. Neçə nəfər var?
Toya xeyli adam toplaşmışdı. Qonşu işçisini çağırıb dedi:
- Get toya, orada neçə nəfər olduğunu öyrən, mənə de!
İşçi əlinə bir odun parçası götürüb, toy olan evə tərəf getdi. Odunu düz toy evinin qapısının önünə qoyub, özü də qıraqda oturub, insanların evdən çıxmasını gözlədi.
Bir müddət keçdi, adamlar dağılışmağa başladılar. Kim çıxdısa, ayağı oduna dəyib yıxıldı, amma deyinə-deyinə yoluna davam etdi. Yalnız bir yaşlı qadın ayağı oduna dəyib büdrəyəndə, geri qayıtdı və, nəhayət, odun parçasını yolun önündən uzaqlaşdırdı.
İşçi sahibinin yanına qayıtdı. Sahibi soruşdu:
“Orada çox adam var idi?”
"Yalnız bir yaşlı qadın” - işçi cavab verdi.
- Niyə bəs belə az?
- Toy evinin qapısının qarşısına odun parçası qoydum, kim ordan keçdisə ona ilişib yıxıldı, amma odunu ordan götürmədilər; bu cür ancaq “qoyunlar” edir. Bir yaşlı qadın isə başqaları yıxılmasın deyə odunu oradan uzaqlaşdırdı; bu cür hərəkəti isə yalnız “insanlar” edir. Deməli, o, tək bir adam idi.
05.08.2021