Kömür tısbağası
Kömür tısbağası ( lat- Chelonoidis carbonarius ) - 45 sm-ə qədər uzunluğu olan orta ölçülü, unikal və nadir amfibiya növüdür. Başqa bir adı “Qırmızı ayaqlı tısbağa”dır. Çəkisi - 28 kq-dan çoxdur. Elm adamları bu sürünəni daha ətraflı araşdırmağa çalışsalar da, ancaq bu tısbağanın vəhşi həyat tərzini öyrənmək o qədər də asan deyil.
Bu növün xüsusi icazə olmadan ixracı qadağandır, lakin yerli əhali tərəfindən sıx ticarət və istehlak səbəbindən populyasiyası azalmağa davam edir. Əlbəttə, xüsusi sığınacaqlarda yetişdirilməsi qorunmasında mühüm rol oynayır.
Kömür tısbağası Mərkəzi Amerika (Nikaraqua, Panama) və Cənubi Amerikada (Argentina, Boliviya, Braziliya, Kolumbiya, Fransa Qvianası, Paraqvay,Əlbəttə, xüsusi sığınacaqlarda yetişdirilməsi qorunmasında Surinam, Venesuela) yayılmışdır. Karib dənizindəki bir sıra adalarda da rast gəlinir. Yüksək rütubətli və yüksək yağıntılı ərazilərə üstünlük verir. Kömür tısbağası gündüz aktivliyi ilə quruda həyat sürür. Nəmli savannalarda, tropik və subtropik meşələrdə, meşəlik ərazilərdə, kolluqlarda və quru vadilərdə yaşayır. Bir qayda olaraq, daimi su mənbələrinin yaxınlığında, biotop sərhədləri sahələrində ömürlərini sürürlər.
Kömür tısbağası ilk dəfə Cənubi Amerikada görülmüşdür. İlk dəfə bu növ 1758-ci ildə Karl Linnaeus kimi İsveç təbiətşünası tərəfindən öyrənilib, daha sonra 1982-ci ildə elm adamları Roger Boer və Çarlz Kamle tərəfindən öyrənilmişdir.
Bu tısbağa növü digər tısbağalardan quyruğun olması ilə də fərqlənir. Kömür tısbağası qısa ayaqlara, kiçik başa və uzun boyununu qoruyan güclü bir çanağa sahibdir. Bu tısbağanı qeyri-adi edən isə ayaqlarının üstündə kömürə bənzəyən qırmızı halqavarı ləkələridir.
Kömür tısbağasının qida rasionuna əsasən müxtəlif meyvələr, paxlalılar və kaktuslar (tikanlı armud) meyvələri daxildir. Ayrıca, bu tısbağalar geniş çeşidli bitkilərin, göbələklərin yarpaqlarını, çiçəklərini və köklərini yeyirlər. Qida rasionuna həmçinin böcəklər, kəpənəklər, ilbizlər, qurdlar, hətta leş və kiçik onurğalılar (kərtənkələ, ilan və gəmiricilər) belə daxildir.
Kömür tısbağaları 4-5 yaşlarında cinsi olaraq yetkinləşirlər. Kömür tısbağası yaşayış şəraiti əlverişlidirsə, bütün il boyu çoxalır. Dişilər digər tısbağalarla olduğu kimi torpağa yumurta basdırmırlar, belə ki 5-15 arasında yumurtanı meşə ətrafına qoyurlar. Yeni yumurtadan çıxan bala tısbağalar dairəvi, diametri 3.75 sm olan düz çanağa sahib olurlar, qarınlarında isə sarı rəngli bir kisələri olur, əvvəlcə körpələr oradan qida alırlar, yəni heç nə yemirlər. Yalnız həmin kisə bağlandıqdan sonra tısbağalar öz-özünə yemlənməyə başlayırlar. Bu hadisə həyatlarının 2-5-ci günlərində baş verir.
Kömür tısbağasının ömürü 50 ildən çoxdur.
Beynəlxalq Qırmızı Kitaba həssas bir növ kimi daxil edilmişdir.
Kömür tısbağası ümumiyyətlə çox sosial bir heyvan deyil. Hətta onun olduqca tənbəl bir həyat tərzi sürdüyünü söyləmək mümkündür. Bu növ təxminən yarım gün istirahətdə qalır. Tısbağanın qalan vaxtı yemək və yeni sığınacaq axtarmağa sərf olunur.
Tısbağa bir yerdə daim yaşamır: qida qəbul etdikdən sonra daim hərəkət edir və yeni bir sığınacaq tapıldıqdan sonra növbəti yeməyə qədər 4 gününü orada vaxt keçirir.
Tısbağanın möhkəm "çanağa" sahib olmasına baxmayaraq, kifayət qədər düşməni var. Məsələn, yırtıcı quşlar tısbağaları yüksəklərə qaldırırlar və davamlı qabıqlarını parçalamaq üçün onları yerə atırlar. Bu hərəkətlər bitdikdən sonra, quşlar tısbağaları zədələnmiş və ya bölünmüş qabıqdan çıxarıb yeyirlər. Məməlilər arasında isə kömür tısbağasının təbii düşmənləri siyahısına xüsusi olaraq Cənubi Amerikada yaşayan yaquarın adını çəkmək olar. Yaquar pəncələri ilə tısbağaları qabıqlarından çıxarıb yeyir. Amma təbii olaraq tısbağaların əsas düşməni - insandır. İnsanlar bir heyvanı ətinə və ya yumurtasına görə öldürür, çantalarından suvenir kimi istifadə edirlər.
Kömür tısbağası populyasiyası haqqında az şey söyləmək olar, vəhşi təbiətdəki dəqiq sayı hələ bilinmir. Əlbətdə ki, kömür tısbağaları daim izlənilməli və yaşayış yerlərini qorumaq üçün tədbirlər görülür. Bu növün Beynəlxalq Təbiəti Qoruma Birliyi tərəfindən Beynəlxalq Qırmızı Kitaba əlavə olunduğunu da söyləmək lazımdır. Sürünənə VU statusu verilib, yəni heyvan hazırda həssas vəziyyətdədir.
Maraqlı fakt: tez-tez VU statusuna sahib olan növlər əsirlikdə çoxalır, lakin yenə də onları qoruyurlar.
Maraqlı fakt: kömür tısbağasının şəkli 2002-ci ildə Argentina poçt markasında öz əksini tapmışdır.
29.03.2021