Zahid Xəlil. "Davakar sərçə"
Ayağının altında
Qarı əzirdi sərçə
- Mən hamıdan güclüyəm, -
Deyib gəzirdi sərçə.
– Aha, buzun altında
Başqa bir sərçə də var.
Yaxşı düşdün əlimə
Səni döysəm nə olar?!
Zoğal boyda dimdiklər
Birdən uc-uca gəldi.
Bizim üstdəki sərçə
Coşub lap gücə gəldi.
Dimdiyi sındı birdən
Tələsik uçdu yerdən.
Buza düşən şəkliymiş
İndi anladı sərçə.
Özünü ürəyində
Möhkəm danladı sərçə.
22.05.2018