Təbiət

Kakapolar

Kakapo- Yeni Zellandiyanın nəmli torpaqlarında yaşayan, Strigopidae fəsiləsinin yeganə yaşayan quş növlərindən biridir. 

 

Nəsli tükənməkdə olan kakapolar yaşıl rəngli olur, görünüşcə bayquşa oxşadıqlarına, gecə həyat tərzi keçirmələrinə, yumşaq lələklərə malik olmalarına görə onları bayquş tutuquşu da adlandırırlar. 

 

Dünyanın ən uzunömürlü quşu olmaqla yanaşı, həm də ən ağır quşdur. Ağırlığı 4 kq-dır, yavaş hərəkət edir və uça bilmirlər. Xüsusi qoxuları var və bu onların asanlıqla ovlanmalarına səbəb olur.

 

Kakapoların qida rasionuna ot, meyvə, yarpaq, böcək və onurğasızlar daxildir. Onların qoxubilmə qabiliyyətləri güclü, görmə və eşitmə qabiliyyətləri isə çox zəifdir.

 

İldə iki dəfə yumurtlayır, təqribi 60-90 il yaşayırlar.

 

Kakapoları yerli Maori xalqı həm ovlayaraq yem kimi, həm də tutaraq ev heyvanı kimi istifadə edirdilər.