Hamımız bilirik ki, Şimal qütbü Alyaskadan yuxarıda, Cənub qütbü isə Antarktidanın mərkəzində yerləşir. Lakin planetin coğrafi və maqnit qütbləri eyni deyil.
Son 20 milyon il ərzində Yerin maqnit qütbləri dəyişdi, yəni 800 min il əvvəl əlinizdə bir kompas olsaydı onda kompasın oxu Şimalı məhz Antarktidada təyin edərdi.
Alimlər "qütb akrobatikasına" nəyin səbəb olduğunu tam anlamırlar, lakin proses tədricən və minlərlə il ərzində baş verir. Hazırda, Yerin şimal maqnit qütbü coğrafi şimal istiqamətinə ildə 64 kilometr sürətlə hərəkət edir.
2. “Ay” həqiqətən böyük bir peykdir
Ay - günəş sistemi planetinin beşinci böyük təbii peykidir, lakin onun radiusunun Yerin radiusuna nisbəti, bizim peykimizi həqiqətən çox əzəmətli edir. Dünya ilə müqayisə etdikdə, bir peyk olaraq Ayın kütləsi olduqca böyükdür. Ətrafında fırlandığı planetlə müqayisə edildikdə, başqa heç bir peyk Ay qədər böyük deyil.
Planetimizdən Ayın sadəcə bir tərəfini görə bilirik. Ay, dənizlərdəki qabarma və çəkilmələrə, heyvanların cütləşdiyi vaxtlara, hətta, insanın yuxusuna belə təsir edir. Ayın çox böyük və yaxın olduğuna görə çox şanslıyıq. Əks təqdirdə, biz günəş tutulmasını heç vaxt görə bilmərdik.
3. 99 faiz qızıl yerin nüvəsində yerləşir
Yerin nüvəsində çoxsaylı qiymətli metal var ki, onlar bütün səthini yarım metrlik təbəqə ilə əhatə edə bilərlər. 99 faiz qızıl yerin nüvəsində yerləşir.
4. Yer üzərində yetişən nəhəng göbələk
Yer üzündə ən böyük canlı orqanizmlər mavi balinalar, fillər və mərcan rifləri deyil, məhz göbələkdir. “Oreqon göbələyi” öz ölçülərinə görə dünyanın ən böyük canlısı adını qazanıb. Bu göbələyin adı “Armillaria ostoyae”dir. ABŞ-ın Oreqon əyalətinin Malur Milli Parkında kəsilmiş bir ağac kötüyünün üzərində böyüyən bal göbələyidir. Oreqon göbələyi 880 hektarlıq bir sahəni örtür və yaşı təxminən 2400 ildir. Oreqon göbələyini bəzən “Oreqon canavarı” da adlandırırlar. Buna səbəb, göbələyin böyük bir hissəsinin, saç yığını şəklində yerin altında olub ağacları köklərindən məhv etməsidir.
5. Planetimizin qeyri-adi və sirli yerləri
Efiopiya və Eritreya sərhədində Danakil çökəkliyi yerləşir. Bura ən isti, ən quraq və planetin ən çökək yerlərindən biridir. İl ərzində burada temperatur heç vaxt 34 ° C-dən aşağı düşmür və yaz aylarında 63 ° C-ə çata bilər. Qaynayan bulaqları, zəhərli qazlar və lava gölləri Danakili əlçatmaz yerə çevirir, amma araşdırmalara görə burada həyat mövcuddur.
6. Dəniz altında yerləşən "sualtı şəlalə"
Mavrikiyanın cənub-qərbindəki Le Morn Braban yarımadasının sahilində qeyri-adi təbiət anomaliyası müşahidə olunur. Belə ki, adanın sahillərində Hind okeanı sularında “sualtı şəlalə” illüziyası yaranır. İlk baxışda suyun okean dibinə yüksək sürətlə tökülməsi mümkünsüz kimi görünsə də, bu görüntü güclü sualtı cərəyanları tərəfindən hərəkətə gətirilən mərcan qayalıqaları, qum və çöküntülər tərəfindən yaranan aldadıcı mənzərədir.
7. Böyük xəzinələr ayaqlarımızın altındadır
Meksikanın Nayk şəhərində 300 metr dərinliyində selenit kristallarının bol olduğu nəhəng Kristal Mağarası yerləşir (11 metr uzunluğunda və 4 metr genişliyində). Mağara yalnız 2000-ci ildə tunel qazıldığı zaman aşkar edilmişdir. Mağaranın temperaturu 58 ° C-yə çatır, demək olar ki, tamamilə su ilə doludur, ona görə də buranı araşdırmaq çox çətindir.
Digər bir gizli xəzinə isə Mərkəzi Vyetnamda yerləşən Şondonq mağarasıdır. Hal-hazırda dünyanın ən böyük mağarası hesab edilir. O Vyetnam-Laos sərhədinin yaxınlğında olan Kuanqbin vilayətində Fonqnya-Kebanq milli parkının mərkəzində yerləşir. Cəngəlliyin dərinliyində yerləşən mağaranı ilk dəfə 1991-ci ildə yerli sakin Xo Xan tərəfindən aşkar edilmişdir. Mağaranın özünün cəngəlliyi, iqlimi və hətta böyük temperatur fərqindən formalaşan həqiqi buludları da var. Nəhəng yeraltı boşluğun iki böyük pəncərəsi işığın onun əksər hissəsinə keçməsinə imkan verir, bunun nəticəsində isə 3 metrlik ağaclarla dolu olan cəngəllik formalaşır.
8. Canlı buludlar
Bəzən gecə düşən zaman insanlar formasını sürətlə dəyişən qaranlıq buludların şahidi olurlar. Onlar canlı görünür - və bu həqiqətəndə doğrudur. Yüzlərlə və ya minlərlə quşdan meydana gələn bu bulud murmurasiya adlanır.
9. Dənizlər və okeanların gizli çəmənlikləri
Dəniz və okean sularının dərinliyində həqiqətən çiçəkli bitkilər yaşayır. Bunlar arasında ən çox yayılmış olan növ isə posidoniya otlarıdır. Onlar böyük koloniyalarda böyüyür, inanılmaz gözəllikdə sualtı çəmənlikləri yaradırlar. Posidoniya bitkisi planetimizdə ən uzun ömürlü orqanizmdir. Yaşı 20 min ilədəkdir.
10. Planetimizin "qaynar çay"ı
Peruda açıq havada axmasına baxmayaraq od kimi qaynar olan çay görənləri dəhşətə gətirir.
İndiyədək barəsində əfsanələr gəzən çayı ilk dəfə 2011-ci ildə geofizik Andreas Ruzo kəşf edib. Dünyada qaynayan yeganə çay adlanır. Suyun həqiqətən geotermal istiliyi olduğundan, adının mənası “günəş istisi ilə qaynayan” deməkdir. Çayın temperaturu 45-100 dərəcə arası dəyişir.