Şeirlər
Ələmdar Quluzadə. Mırıq qız
Biri dedi, Aygünün
İki dişi qırıqdı.
Başqası lağ elədi,
Aygünə bax, mırıqdı.
Dili, dişi bir yerdə
Adicə "beş"i tutmur.
"Daş" söyləmək istəyir,
Dilini dişi tutmur.
Muncuq kimi salxımdan
İki gilə dəriblər.
Dişi dilini kəsib,
Dişini çəkdiriblər.
10.06.2021