Eşitmə qüsurlu uşaqlara ünsiyyət qurmağı öyrədən robot yaradılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Eşitmə qüsurlu uşaqlara ünsiyyət qurmağı öyrədən robot yaradılıb. AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, uşağın inkişafı üçün əhəmiyyətli olan kiçik robot maraqlı hərəkətlər edir. Uşaq onunla mimikadan istifadə edərək ünsiyyət qurur.
Gallaudet Universitetinin tədqiqatçıları bir çox universitetlə əməkdaşlıq edərək həmin robotu ərsəyə gətirib. Tədqiqatçıların fikrincə, robot uşaqlarla valideynlər arasında ünsiyyətə kömək edə bilən ən əhəmiyyətli vasitələrdən biridir.
06.12.2017