
14.11.2013. Noyabrın 14-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Cırtdan” II Beynəlxalq kukla teatrları festivalı çərçivəsində Tatarıstanın “Ekiyat” Tatar Dövlət Kukla Teatrı “Keçi və qoyun” tamaşasını nümayiş etdirmişdir.
Qabdulla Tukayın eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın süjeti varlılar və kasıblar arasında gedən əbədi konfliktə həsr olunmuşdur. Bu nağılın gözəl bir mənası var: təmiz, saf, xeyirxah ürək sahibi olan insan həyatda möcüzələr yaratmağa qadirdir.
Tamaşa balaca teatrsevərlər tərəfindən rəğbətlə qarşılamışdır.
14.11.2013