YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Saturn

Saturn Günəşdən altıncı yerdə dayanır və Günəş sistemimizdə böyüklüyünə görə ikincidir. O, minlərlə halqalarla əhatə olunmuşdur. Saturn planetlər arasında ən unikalıdır. O, halqası olan tək planet deyil, amma buz, qaya parçalarından olan halqaları onu digər planetlərdən möhtəmşəmliyi ilə fərqləndirir. Özünün yaxın qonşusu olan Yupiter kimi Saturn da hidrogen və helium qazlarından yaranmışdır.


Saturnun 59 daimi və 14 müvəqqəti peyki vardır. Günəş sistemimizdə o, ən çox mənzərəli olan bir yerdir. Planetin ən böyük peyki olan titan, metan gölləri ilə məşhurdur və bu məşhurluq onu Günəş sistemimizdə sirli bir dünya və elmi kəşflər ocağı edir.


Saturn yerdən çox uzaq planet olmasına baxmayaraq insan gözü ilə onu seçə bilir. Qədim romalılar ona kənd təsərüfatı Allahının adını vermişlər. Yunanlarda isə bu, Kronos adıdır və Zevsin (Yupiter) atası sayılır.


Ölçüsü və məsafəsi
58,232 km olan radiusu ilə Saturn Yerdən doqquz dəfə böyükdür. Əgər Yer 50 qəpik ölçüsündə olsaydı, o zaman Saturn voleybol topu boyda olardı. Saturn Günəşdən 9.5 Astronomik Vahiddə (qısaca AV) yerləşir. Bir AV Yerin Günəşdən olan məsafəsinə bərabərdir. Bu məsafədə Günəş süaları Saturna 80 dəqiqəyə gəlib çatır.


Orbiti və oxu ətrafında fırlanması
Saturnda bir gün saat etibarilə Günəş sistemimizdə ikinci yerdə dayanır. Burada bir gün 10.7 saata bərabərdir. Saturnda bir il 29.4 yer ilinə (10,756 gün) bərabərdir.
Saturn oxu üzərində 26,73° əyilib. Bu, o deməkdir ki, Yerdəki kimi Saturnda da fəsillər baş verir.


Yaranması
Saturn öz formasını bütün Günəş sistemi 4,500 milyon il bundan qabaq formalaşandan sonra almışdır. O zaman ki, fəzada qalan qaz və toz planetin cazibəsinə düşüb, onu boyük nəhəngə çevirmişdir. Hardasa 4 milyon il bundan əvvəl Saturn hazırkı vəziyyətini almışdır. Yupiter kimi Saturnun da tərkibi hidrogen və helium qazlarından ibarətdir. Bu iki komponent Günəşi də formalaşdırır.


Qurluşu
Planetin mərkəzində daş-qaya ilə əhatə olunmuş dəmirdən və nikeldən ibarət bir nüvə vardır. Bunların özü isə hidrogen qatı ilə əhatə olunmuşdur. Saturnun nüvəsi onun boyük qardaşı olan Yupiterin nüvəsindən qat-qat kiçikdir.


Təsəvvür etmək çətin olsa da, Günəş sistemimizdə Saturn yeganə planetdir ki, sıxlığı suyun sıxlığından azdır.

 

Səthi
Saturn nəhəng qaz planetidir, onun möhkəm səthi yoxdur. Planet əsasən tufanlar məskənidir və dərinə getdikcə sıxlıq daha da artır. Burada kosmik gəmi eniş yapa bilmədiyi kimi, xəsarətsiz də uça bilməz. Yüksək olan təzyiq, hərarət burada uçmaq istəyən gəmilərə heç də təhlükəsiz uçuş vəd etmir.


Atmosfer
Saturnda buludlar zəif təbəqələr əmələ gətirir. Burada tufanlar, hava axınları planeti sarı, şabalıdı, boz kimi müxtəlif rənglərə boyayır.


Atmosferin yuxarı təbəqələrində, ekvator ərazisində küləklər saniyədə 500 metrə çatır. Müqayisə etmək üçün Yeri nümunə gətirmək olar. Yerdə ən möhkəm küləklər saniyədə 110 metrə çatır. Yupiterdə sıxlıq o qədərdi ki, insan özünü burada suyun altındakı kimi hiss edir. Burada qaz maye halındadır.


Şimal yarım kürəsində atmosferdə maraqlı məqamlar qeydə alınır. 6 bucaqlı hava axını yaxınlarda “Voyacer-1” kosmik aparatı tərəfindən qeydə alınmışdır və Kassini tərəfindən daha da dərindən öyrənilmişdir. 30 min km enində olan bu altıbucaqlı qasırğa saatda 322 km sürətlə dövr edir. Belə bir şey indiyədək heç yerdə qeydə alınmayıb.


Həyat mümkünlüyü


Saturnun ətraf mühiti bizim tanıdığımız həyat kimi deyildir. Burada olan təzyiq, hərarətin ekstrimal olması həyatı mümkünsüz edir.


Ancaq Saturnun peyklərində yaşamaq mümkündür. Enselado, Titan kimi peyklərdə həyat mümkün ola bilər.


Peyk
Titan
Saturnun çox maraqlı peykləri vardır. Yüngül buludları olan Titandan tutmuş, kraterlərlə dolu olan Foebe kimi peyklər. Saturnun hər bir peyki, planetin bir tarixini əks etdirir. Hazırda planetin 53 daimi peyki vardır, doqquzu isə öz təsdiqini gözləyir.


Halqalar
Belə güman olunur ki, Saturnun halqaları planetin səthinə düşməyən asteroidlərdi və ya bir-biriləriylə toqquşan peyklərdir. Halqalar xırda toz dənəciklərindən tutmuş, böyük ev həcmində olan buz, daş parçalarından ibarətdir. Onlardan bəziləri dağ boyda qaya parçalarıdır. Bu halqalara Saturnun səthindən baxılsa, onlar ağ rəngdə görünər. Və çox maraqlıdır ki, hər bir halqa öz sürətiylə fırlanır.


Halqanın eni 282.000 km-ə çatır, qalınlıq isə çox azdır, hardasa 10 metr. Kassini bu halqaları biri-digərindən ayırd edə bilmişdir. Burada ən böyük halqalar olan A, B və C, onlardan balaca olan D, E, F və G-dir. Bunlar yaxın zamanlarda aşkar olunmuşdur.


Maqnitosfer
Saturnun maqnetik sahəsi Yupiterinkindən kiçik olsa da, Yerin maqnetik sahəsindən 578 dəfə güclüdür. Bütün halqalar, peyklər Saturnun maqnetik sahəsində yerləşir. Burada fəzada olan cisimlər Günəş küləyinin elektromaqnetik sahəsindən çox, Saturnun maqnetik sahəsində elektrikləşirlər.


Avrora cismlərin planetin maqnetik sahəsinə daxil olanda baş verir. Yerdə isə belə hadisələr Günəşin maqnetik sahəsindən asılıdır. Kassini göstərdi ki, burada olan avrora Yupiterdəki kimidir, Günəşdən asılı deyildir. Ancaq Günəşdən asıllı olmayan avroralar hələ tam öyrənilməmişdir.