YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Molyusklar

Kim bir ayaqla dənizin dibində gəzir? Kim belində “ev” daşıyır? Kimin ayağı başının üstündə yerləşir və başını qoruyur? Bütün bu tapmacalar molyusklar haqqındadır. İlbiz bağda, suşeytanı göldə, strida (yeyilən dəniz ilbizi) dənizdə yaşayır, lakin bu heyvanların hamısı molyusklardır, hamısı yumşaqbədənlidir.


Dünyada 200 min növə yaxın molyusk var. Onların sürətlə hərəkət edən və azhərəkətli, sürünən, üzən, torpaqda eşələnən, tullanan, bir yerdə oturaq halda qalan, substrata yapışan, xırda və nəhəng formaları var. Molyusklar dəniz və okeanlarda yaşayırlar. Onların bədəni çanaqla mühafizə olunur. Çanaqlar burulmuş, ikitaylı, 8 hissədən ibarətdir. Molyuskların hamısında ayaq olur. Bununla da onlar hərəkət edə bilir. Ən xırda molyusk çanağı xaşxaş dənəsi boydadır. Məsələn, Rioni mağarasında yaşayan qorasiya ilbizinin diametri bir millimetrdir. 


Ən iriçanaqlı molyusk tropik dənizlərdə yaşayan nəhəng tridaknadır. Uzunluğu 1,4 metrdir. O, öz qapaqları ilə yoğun kanatı asanlıqla kəsə bilir. Hətta onun qapaqları arasına keçirilən dəmir lingi əyməsi halı da məlumdur. Güclü yırtıcıdır. Görmə qabiliyyəti yaxşı inkişaf etmişdir.


İkitaylı molyuskun çanağına bəzən qum və ya cücü düşür. Molyuskun ifraz etdiyi yapışqanlı maye (sədəf) tədricən qum dənəsini əhatə edir və kiçicik tutqun kürəciklər get-gedə böyüyür. Mirvari belə əmələ gəlir. Yaponiyada sualtı fermalar var ki, burada qiymətli mirvari tədarük edən “zərgər” molyusklar yetişdirilir. Molyuskların çanağından hələ qədim zamanlarda düymə, muncuq və digər bəzək əşyaları düzəldirdilər. O, bəzi ölkələrdə pulu əvəz edirdi.


Elə molyusklar var ki, onlar zərərvericidirlər. Çılpaq ilbizlər tərəvəz və tarla əkinlərinə zərər vurur. Gəmi ilbizi gəmilərin taxta hissəsini başındakı iti çanaqla yaxşı burğu kimi ovub keçir. Səkkizayaqlı ilbizlərin və kalmarların çanağı yoxdur, lakin ayağı əvəz edən buynuzu var. Bunlar başda yerləşdiyindən başıayaqlı molyusklar adlanır. Nəhəng səkkizayaqlı ilbizin buynuzunda 300 sorucu orqanı var. Kalmar özünün “reaktiv mühərrik” olması ilə məşhurdur. Onun mantiya adlanan dəri bürüncəyinin altından su axır. Kalmar əzələlərini yığaraq raket kimi saatda 40 kilometr sürətlə gedir. Çata bilirsən çat! Bir də bacarırsansa, kalmar öz mürəkkəb kisəsindən suya maye buraxdıqda suya bax! Rəssamlar kalmarın mürəkkəb kisəsindən buraxdığı mayedən hazırlanan qəhvəyi rəngi – sepiyanı (içərisində darçını boyaq maddəsi olan dəniz molyusku) çox qiymətləndirirlər. 


Kalmarlar, səkkizayaqlılar, stridiyalar, midilər yeməlidir. Midiləri yetişdirmək sərfəlidir: dənizin bir hektarında yetişdirilən midilərdən 6 ton ət almaq olar. 
Azərbaycanda molyuskların 218 növü var. Xəzər dənizinin endemik molyuskları zoocoğrafi cəhətdən maraqlıdır.