YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qalileo Qaliley

Qalileo Qaliley  1564-cü il fevralın 15-də Piza şəhərində yoxsul zadəgan ailəsində anadan olub.  O, uşaqlıqdan ağıllı, fərasətli və diqqətli idi. Qaliley atasının məsləhəti ilə Piza Universitetinin tibb fakültəsinə daxil olub. Lakin təbabətə maraq göstərmədiyindən universiteti buraxıb, riyaziyyat və mexanikanı öyrənməyə başlayıb.

 

Qaliley 18 yaşında ilk kəşfini edib. Kilsədə çilçıraqların yırğalanmasını müşahidə edən gənc Qaliley görüb ki, çilçırağın yırğalanma müddəti rəqsin amplitudasından asılı deyildir.  O dövrdə  adi  saatlar yox idi. Qaliley müşahidə etdiklərini yoxlamaq üçün  nəbzindən istifadə edib və düzgün nəticə çıxarıb.  Sonralar bu kəşf əsasında kəfkirli saat ixtira olunub.

 

Hollandiyada müşahidə borusunun ixtira olunduğunu eşidən Qaliley düşünüb: “Belə borunu  gecə səmaya yönəltmək olarmı?” İlk teleskopu Qaliley özü  düzəldib.  Bu teleskop çox zəif idi: yaxşı binokldan da az - cəmi üç dəfə böyüdürdü.  Çox keçmədən  Qalileyin müşahidə borusu artıq  32 dəfə böyüdüb və hər aydın gecə səmaya tuşlanırdı. Qaliley Ayda dağları, Günəşdə ləkələri görür! Ləkələr  günəş diski üzərində hərəkət edir. Deməli, Yer kürəsi və planetlər kimi Günəş də  öz oxu ətrafında fırlanır. Qaliley Yupiterin  dörd peykini kəşf edib, Veneranın fazalarını müşahidə edib. Alim aşkar edib ki, Süd yolu çoxsaylı ulduzlar topasıdır.

 

Qaliley “Ulduzlar haqqında xəbərlər” kitabında müasirlərinə qeyri-adi kəşfləri barədə məlumat verib. Lakin kilsə də sayıqlığını itirmir. Alimi kilsə məhkəməsinə - qorxunc inkvizisiyaya çağıraraq, Qalileyi həbsə atıblar.

 

1642-ci il  yanvarın 8-də 78 yaşında vəfat edən Qaliley Florensiyada Santa-Kroçe  kapellasında dəfn olunub. 1992-ci ildə  katolik kilsəsi etiraf etdi ki, alimi səhvən  mühakimə edib.