YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hoya-Baçu

Rumıniyanın Kluj-Napoka şəhəri yaxınlığında yerləşən Hoya-Baçu meşəsi Avropanın ən sirli yerlərdən biri hesab olunur. Onu "Transilvaniyanın bermud üçbucağı" da adlandırırlar. Bu meşədə insanlar izsiz-soraqsız yox olur, hətta uçan obyeklərə də rast gəlinir. 

 

Ətraf kəndlərin sakinləri mənfi qüvvələrin qəzəbinə düçar olmamaq üçün meşəyə maksimum getməməyə çalışırlar. Transilvaniyanın əsas turistik məkanı XIV əsrdə tikilmiş Bran qəsri hesab olunurdu. Buranı qraf Drakula kimi tanıdığımız əfsanəvi Vlad Çepeş idarə edirdi. 


100 il əvvəl bu meşə adi meşə idi. Yerli sakinlər burada ov edir, göbələk, giləmeyvə yığırdılar. 


Ötən əsrin əvvəllərində meşə (o zaman meşə Hoyya adlanırdı) insanların gözü önündə dəyişməyə başladı. Meşədən heyvanlar, bütün quşlar tədricən yoxa çıxmağa başladı. Yerli sakinlər pıçıldaşırdılar ki, vaxtilə burada ov etməyi sevən Vlad Çepeşi görüblər. 


Birinci Dünya müharibəsidən sonra Hoya daha qorxulu olmağa başladı. Deyilənə görə, yerli kəndlərin birində Baçu ləqəbli çoban (Rumınca tərcümədə "lider", "başçı") yaşayırdı. Buranın sakinləri maldarlıqla məşğul olurdu. Çoban iyun aylarında 200 baş qoyun sürüsünü Kluj-Napoka şəhərciyinə yarmarkaya gətirir. Onun yolu bu meşədən keçirdi. Baçu səhər tezdən meşəyə girir və izsiz yoxa çıxır. Təyin olunmuş vaxtda çobanın gəlmədiyini görən şəhər əhalisi ərazisi 35 hektar olan meşəni qarış-qarış axtarmağa başlayır və nə çobandan, nə də qoyunlardan bir iz tapa bilmirlər. Meşə o vaxtdan yoxa çıxmış çobana görə Hoya-Baçu adlanır.

 

"İnsan qanı" ilə qidanan yırtıcı meşə sanki yeni-yeni qurbanlar tələb edirdi. Bir neçə il ərzində meşədə daha neçə nəfər itkin düşüb və cəsədləri tapılmayıb. 

 

1960-cı illərdə Hoya-Baçu fenomeni ilə rumın bioloq Aleksandr Sift maraqlanıb. O ilk alim kimi paranormal zonanın ciddi öyrənilməsini öz üzərinə götürür. Uzun illər ərzində Aleksandr Sift təhlükəli meşədə araşdırmalar aparır, fotolar çəkir. Qəribədir ki, meşə ona heç bir zərər yetirmirdi. Alim bildirib ki, meşənin dərinliyində yaşıllıqlar olan qəribə dairəvi tala var. Burada çəkilən şəkillərdə  dairəvi parıltılı obyekt görünür. Onu gözlə görmək mümkün deyildi.

 

Əhali arasında təşviş yaranmışdı. Alimlər bunun izahını tapa bilmirdilər. Sakinlərin fikrincə isə, bu ölən insanların ruhu idi. Çünki Transilvaniyada çox günahsız insanların qanı axıdılmışdı.