YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Məlikzadə İsi

İsi Ab­bas oğlu Mə­lik­za­də 1934-cü il ma­yın 1-də Ağ­ca­bə­di ra­yo­nu­nun Xal­fə­rəd­din kən­din­də do­ğul­muş­dur.

 

Orta mək­tə­bi bi­ti­rən­dən son­ra İsi 1952-ci il­də Ba­kı­ya gə­lib M.Əziz­bə­yov adına Azər­bay­can Sə­na­ye İns­ti­tu­tu­nun Neft-kim­ya fa­kül­tə­si­nə da­xil ol­muş, 1957-ci il­də ins­ti­tu­tu uğur­la bi­ti­rib tə­yi­nat üz­rə Əziz­bə­yov Neft Mə­dən­lər ida­rə­sin­də ope­ra­tor, ye­rüs­tü ava­dan­lıq us­ta­sı iş­lə­miş­dir. Üç il neft mə­dən­lə­rin­də iş­lə­dik­dən son­ra tə­yi­nat müd­də­ti qur­tar­dığı üçün iş­dən çı­xıb hə­mi­şə­lik ra­yon­da ya­şa­maq ümi­di ilə 1961-ci il­də Ağ­ca­bə­di­yə qa­yıdır. Hə­min ildə yazıçı ar­tıq ev­lən­miş­di, bir oğ­lu və bir qı­zı var­dı, İçə­ri­şə­hər­də ki­ra­yə­də ya­şa­yır­dı. Bu mən­zil məs­ci­din ya­nın­da, bö­yük tut ağa­cına lap yaxın idi. İsi 1957-ci il­də - ins­ti­tu­tu bi­tir­di­yi il ki­ra­yə­çi­si ol­duğu ai­lə­nin ki­çik qı­zına ev­lən­miş­di. Bu qız - Əsə­do­va Lə­ti­fə Əsəd qı­zı - tibb ba­cı­sı idi. On­la­rın iki qı­zı, bir oğ­lu ol­muş­dur. Qız­la­rı Xa­ti­rə və Ar­zu ali pedaqoji təhsil alıblar. Oğ­lu Sa­leh ürək xəs­tə­li­yin­dən və­fat et­miş­dir.

 

Yazıçı­nın ilk mət­bu ya­zı­la­rı 1950-ci illərin sonu 1960-cı illərin birinci yarısına aid­dir. O, ədə­biy­ya­ta «Kir­pi» jur­na­lın­da çıxan sa­ti­rik ya­zı­lar­la gəl­miş, jur­nal­da ça­lı­şan Sa­lam Qə­dir­za­də ilə dost­laş­mış­dı. İsinin ilk he­ka­yə­si «Peş­man­çı­lıq» adı ilə 1957-ci il­də «Ağ­ca­bə­di pam­bıq­çı­sı» qə­ze­tin­də dərc olun­muş­du. Son­ra­lar uşaq­lar üçün yaz­dığı he­ka­yə­lə­ri «Pio­ner qə­ze­ti»ndə, «Pio­ner» jur­na­lın­da çap olun­muş­du. Yazıçı 1960-cı il­lə­rin ikin­ci ya­rı­sın­dan cid­di möv­zu­la­ra da­ha çox bağ­lan­mış­dır.

 

1964-cü il­də gənc yazıçı­nın ilk he­ka­yə­lə­rin­dən iba­rət «Həs­rə­tin so­nu» ad­lı  ki­çik ki­ta­bı çıxır. Bu­ra­da­kı he­ka­yə­lər­də də­qiq, ifa­də­li xalq di­li var idi, bu dil mü­əl­li­fin şüb­hə­siz bə­dii is­te­da­dın­dan xə­bər ve­rir­di. La­kin hə­ya­ta mü­na­si­bət ba­xı­mın­dan gənc mü­əl­li­fin ilk he­ka­yə­lə­ri sa­də­lövh tə­sir ba­ğış­la­yır­dı. Hə­ya­tın­da­kı növ­bə­ti sınaq­lar, ta­le­yin zər­bə­lə­ri hə­lə onun kənd­li sa­də­lövh­lü­yünü, in­san­lar­da ax­tar­dığı işıq­lı tə­səv­vür­lə­ri alt-üst et­mə­li idi.

 

Ədə­bi mü­hit­də işə dü­zəl­mə­si İsi Mə­lik­za­də üçün qə­zet və jur­nal­la­rın qa­pı­la­rını da­ha ge­niş aç­dı. Ədə­bi or­qan­lar­da iş­lə­mək o za­man­lar na­si­rin çap olun­ma­sı üçün çox gə­rək­li idi. Azər­bay­can ədə­bi mü­hi­tin­də şəx­si mü­na­si­bət­lər hər şey­dən çox rol oy­na­yır­dı. Ədə­bi or­qan­da iş­lə­mək məhz bu yo­lu gənc yazıçı­nın üzü­nə açır­dı. Tez­lik­lə İsi Mə­lik­za­də «Ul­duz» jur­na­lın­da mə­sul ka­tib və­zi­fə­si­nə irə­li çə­kil­di (1968-1973).

 

1969-cu il­də «Gənc­lik» nəş­riy­ya­tın­da yazıçı­nın ikin­ci ki­ta­bı - «Öz­gə ana­sı» çap­dan çıxdı. O za­man­lar nəş­riy­yat­lar­da ki­tab­lar üç-dörd il əv­vəl­dən oxu­nub pla­na sa­lın­dığı üçün bu top­lu­da yazıçı­nın 1964-1966-cı il­lər­də, hə­lə Bak­qaz­da iş­lə­di­yi za­man yaz­dığı üç po­ves­ti top­lan­mış­dı.

 

İsi Mə­lik­za­də 1968-ci il­də Yaz­ıçı­lar İttifaqı­nın üzv­lü­yü­nə qə­bul olun­du. 1973-cü il­də − beş il «Ul­duz» jur­na­lının mə­sul ka­ti­bi iş­lə­dik­dən son­ra  jur­na­la ye­ni re­dak­tor gəl­mə­si ilə bağ­lı ora­dan çıxdı və Azər­nəşr­də re­dak­tor iş­lə­mə­yə başl­adı. 60-70-ci il­lər nəs­ri­nin par­laq nü­mu­nə­lə­ri­nin mü­əl­li­fi olan İsi Mə­lik­za­də do­la­nı­şıq çə­tin­lik­lə­ri ilə bağ­lı sər­bəst ya­ra­dıcılıq­la məş­ğul ola bil­mir­di: ai­lə­ni do­lan­dır­maq üçün o, müt­ləq ha­ra­da­sa iş­lə­mə­li idi. Yazıçı­lıq isə onu do­lan­dı­ra bil­mir­di, çün­ki ki­tab­la­rı an­caq üç-dörd il­dən bir pla­na dü­şür­dü. On­lar­dan alınan qo­no­rar­la pe­şə­kar ya­ra­dıcılıq­la məş­ğul ol­maq müm­kün de­yil­di.

 

Ona gö­rə yazıçı­nın 1974-cü il­dən iş­lə­di­yi və­zi­fə­lər an­caq onun vax­tını alır və onun ye­ni-ye­ni əsər­lər üzərində işini yubadırdı. Ədə­bi zöv­qü və möv­qe­yi ay­dın­laş­dıq­dan son­ra onun müx­tə­lif re­dak­tor­lar­la, on­la­rın əli al­tın­da iş­lə­mə­si çə­tin­lə­şir­di. Ona gö­rə 70-ci il­lə­rin or­ta­la­rın­dan İsi Mə­lik­za­də müx­tə­lif yer­lər­də qı­sa müd­dət­lər­də iş­lə­miş­dir.

 

Yazıçı 1980-ci il­lər­də kən­də tez-tez ge­dib-gə­lir, ora­da iş­lə­yir­di. Bu il­lər­də  bir sıra əsər­lər məhz yazıçı­nın doğma ata evin­də ya­zıl­mış­dı. La­kin İsi Mə­lik­za­də uzun müd­də­tə kənd­də də ya­şa­ya bil­mir­di. Ona gö­rə yazıçı 1988-1990-cı il­lər­də Aka­de­mik Dram Te­at­rın­da ədə­bi his­sə mü­di­ri iş­lə­di. Onu te­at­rın di­rek­to­ru Hə­sən Tu­ra­bov­la ço­xil­lik dost­luq mü­na­si­bət­lə­ri bağ­la­yır­dı.

 

İsi Mə­lik­za­də­nin ilk ki­ta­bı olan «Həs­rə­tin so­nu» 1964-cü il­də, so­nun­cu − onun­cu ki­ta­bı «Do­la­şa­la­rın nov­ruz bay­ra­mı» ki­ta­bı isə 1992-ci il­də çıx­mış­dır. Təx­mi­nən otuz il ər­zin­də yazıçı­nın on ki­ta­bı çıx­mış­ və on­la­rın ara­sın­da 3-4 il ara ol­muş­dur. «Köv­rək qa­nad­lar» (Gənc­lik, 1973), «Kü­çə­lə­rə su səp­mi­şəm» (Gənc­lik, 1977), «Ya­şıl ge­cə» (Yazıçı, 1979), «Gü­nəş­li pa­yız» (Yazıçı, 1982), «Də­də pa­lıd» (Yazıçı, 1984), «Gümüş­göl əf­sa­nə­si» (Yazıçı, 1987), «Şeh­li çə­mən­lə­rin işığı» (Yazıçı, 1991), «Do­la­şala­rın nov­ruz bay­ra­mı» (Gənc­lik, 1992). Bu ki­tab­lar­da bir sıra po­vest­lə­rin tək­rar çap edil­di­yi­ni nə­zə­rə al­saq, eti­raf et­mə­li­yik ki, yazıçı­nın ən məh­sul­dar döv­rü 70-ci il­lər idi. Ümu­mi­lik­də isə onun ir­si o qə­dər də bö­yük de­yil­dir. Gö­rünür müx­tə­lif re­dak­si­ya­lar­da iş­lə­mə­si onun həd­dən ar­tıq vax­tını al­mış­dır.

 

Yazıçı­nın 80-ci il­lər­də qə­lə­mə al­dığı he­ka­yə­lər­də də­rin bir bəd­bin­lik, çı­xıl­maz­lıq əh­val-ru­hiy­yə­si var idi. Be­lə hal­da məh­sul­dar ya­ra­dıcılıq­dan söh­bət ge­də bil­məz­di. Yazıçı 1990-1994-cü il­lər­də «Azər­bay­can» jur­na­lın­da şö­bə mü­di­ri və­zi­fə­sin­dən sim­vo­lik bir əmək haq­qı alır­dı. 1990-1995-ci il­lər ya­ra­dı­cı zi­ya­lı­lar üçün ən çə­tin im­ta­han döv­rü ol­du.

 

İsi Mə­lik­za­də 1995-ci il de­kab­rın 5-də Ba­kı­da ürək xəs­tə­li­yin­dən və­fat et­miş­dir. O, öz və­siy­yə­ti­nə uy­ğun ola­raq Ağca­bə­di­də dəfn olun­muş­dur.