YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Cütqanadlılar

Həşəratlar arasında cütqanadlıların nümayəndələri sayına və müxtəlifliyinə görə əsas yerlərdən birini tutur. Hal-hazırda onların 100 min növü məlumdur.

 

İnsan bu həşəratlar dəstəsinin bəzi nümayəndələri ilə çox yaxşı tanışdır. Böyük təəssüf hissi ilə deyə bilərik ki, onlarla tez-tez görüşürük. Bunlar ağcaqanad və milçəklərdir.

 

Şırıldayan-milçək və ya sirfidin 4500 növü var. Sirfidinlərin sürfələri qeyri-adi və müxtəlifdir. Arıyabənzərlərin sürfələri, adətən, su hövzələrinin dibində yaşayır və qidalanır. Onun qarıncığının axırıncı üç seqmenti, uzun (15 sm) tənəffüs borusu yaradır.

 

Qaraburunun sürfələri “ölü” ağacın gövdəsində məskunlaşırlar və xüsusi qaşovlarının köməyi ilə bərk ağac gövdəsini qaşıyırlar.

 

Bir çox sirfidinlərin sürfələri mənənə koloniyalarında yaşayırlar və onların ən qatı düşməni hesab olunurlar- bir iri sürfə gün ərzində 200 mənənə sora bilər. Mikrodon nəslindən olan sirfid sürfəsi qarışqa yuvasında yaşayır və xarici görkəminə görə heç də milçək sürfəsinə oxşamır. Uzun müddət onları molyuska kimi qəbul edirdilər. Eşşəkarısına bənzərlərin sürfələri eşşəkarısının yuvalarında yaşayır və ölmüş və eşşəkarısı sürfələrilə qidalanır. Eşşəkarısına bənzərlərin böyükləri isə eşşəkarısına çox oxşayır.

 

Rənglərinə görə sirfidlər zəhərli zarqanadlıları xatırladır və buna görə də quşlar ona toxunmur. Şırıldayanlar çiçəklər üzərində uzun müddət havadan asılı vəziyyətdə qala bilirlər.

 

Birinci cüt qanadlar uçuşa xidmət edir. İkinci cüt qanadlar tarazlıq orqanına çevrilmişdir. Ağız hissəsi xortumcuğa çevrilmişdir və əsasən maye qidalar üçün yararlıdır.

 

Üç cüt möhkəm caynaqlı qısa ayaqların əsasında yastıqcıqlar yerləşib. Belə ayaqlar milçəyə tamamilə hamar səthlərin üzərinə dırmaşmağa şərait yaradır, habelə əlavə hissiyyat orqanı vəzifəsini yerinə yetirir.

 

Qanı yalnız ağcaqanadlar içmir. Beş qanıçən ağcaqanadlılar ailəsi mövcuddur-ağcaqanad, böyənək, hünü, keçöy, mığmığa. Onların hamısı insanlara və ev heyvanlarına çoxlu xoşagəlməz hallar yaşadırlar. Xalq arasında bu həşəratlar “mənfur” adını almışlar. Ancaq dişilər qan içir, erkəklər isə bitki şirələri və gül nektarları ilə kifayətlənirlər.

 

Ev milçəyi inanılmaz artma qabiliyyətinə malikdir. O, inkişaf dövrünü 2 həftəyə keçirir. Alimlər hesablamışlar ki, bir yay ərzində bir cüt ev milçəyi ümumi çəkisi 80 min ton olan balalar verə bilər.

 

Cütqanadlı həşəratlar-tam çevrilməklə inkişaf edirlər. Dişi tərəfindən qoyulan yumurtadan çıxan sürfələr puplaşır və sonra pupdan iri həşərat çıxır. Həyat tərzinə görə cütqanadlıların sürfələri fərqlənirlər, onları ancaq ayaqlarının olmaması birləşdirir. Müasir cütqanadlıların baş kapsulaları da tamamilə itir. Bu xüsusi qidalanma forması ilə-bağırsaqdankənar qida həzmi izah olunur. Bu vaxt sürfələr xaricə qida şirəsi ifraz edirlər, qida qabaqcadan bədəndən kənarda həll olunur və sonra udulur. Müxtəlif növün sürfələri mikroorqanizmlərlə, çürümüş üzvi maddələrlə, bitkilərlə, göbələklərlə, insan və heyvanların canlı toxumaları ilə qidalanırlar.

 

Malyariya ağcaqanadının inkişafı

Dişi istiqanlı heyvanların dərilərini öz “stilet”i ilə deşərək qanını içir. Əgər malyariya (qızdırma xəstəliyi) ilə xəstələnmiş dişi insanı dişləyərsə, o, bu təhlükəli xəstəliyin daşıyıcısına çevrilir.

 

Dişi ağcaqanad hərəkətsiz sulara kiçik yumurtalar qoyur. Ağcaqanad pupları da, həmçinin suda qalır. Ağcaqanad sürfələri də suda məskunlaşır və quyruğundakı xüsusi boru vasitəsilə nəfəs alır. Bir sutka ərzində o, qida zərrəciklərini saxlayıb bir litr suyu süzə bilir.