YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Suda-quruda yaşayanlar

Suda-quruda yaşayan (ikihəyatlı) heyvanlara amfibi deyilir. Amfibi yunanca tərcümədə “ikili yaşayanlar” deməkdir. 


Bu heyvanlar 320 min il öncə quruda əmələ gəlmişdir. Onlar balıq və yerüstü onurğalılar arasında təxminən orta yer tuturlar.


İkihəyatlılar soyuqqanlı heyvanlardır, ona görə də onların çoxu tropik iqlimli ölkələrdə yaşayırlar. Onlara Antarktidadan başqa, bütün qitələrdə rast gəlmək olar. Payızda, temperatur aşağı düşdükdə, amfibilər qış yuxusuna gedirlər. 


İkihəyatlıların böyük əksəriyyəti suda artır. Onlar kürü qoyur və oradan daxili və xarici quruluşca balığa oxşar çömçəquyruq yumurtadan çıxır. Yekə amfibilər artıq suda deyil yerdə yaşayırlar və suya ancaq artım vaxtı gəlirlər. 


Daxili və xarici qəlsəmələri çömçəquyruğu ancaq suda nəfəs almağa imkan verir. Çömçəquyruq quyruğunun dalğavari hərəkətləri ilə hərəkət edir. 


Çömçəquyruq yekə heyvana çevriləndə, qəlsəmələr ağciyərlərlə əvəz olunur. Bundan başqa, ikihəyatlılar seliklə örtülmüş dəri vasitəsilə nəfəs alırlar. 


Sürfələr yosun, bakteriya, bitki və heyvan qırıntıları ilə qidalanırlar. Bütün dəstələrdən olan yekə amfibilər isə yırtıcılardır.


Zəif görən yan gözlərinin əvəzinə iri, dombalan gözlər əmələ gəlir. Bu gözlərlə amfibilər hərəkətli obyektləri uzaq məsafədən görürlər. Hərəkətli göz qapaqları isə gözlərini qurumaqdan qoruyur. 


Zolaqlı ambistomanın həyat tərzi digər quyruqlu ikihəyatlıların həyatından az fərqlənir. Ambistomalar Şimalı və Mərkəzi Amerikada yaşayırlar. Əgər sürfə dərin soyuq suda əmələ gəlirsə, böyüyüb yekə heyvana çevrilmir. Sürfə suda yaşayır, böyüyür, kökəlir və artır ancaq yenə də yekə ambistomaya çevrilmir. Bu cür heyvan aksolotl adlanır. 

 

Bu unikal zooloji məxluq neoteniy adı almışdır (yunan sözlərindən “neos”-gənclik və “teyno”-çəkib uzatmaq).


Aksolotl ən tanınmış laborator heyvanlardandır. Laboratoriyalarda aksolotlların süni yolla böyük ambistomalara çevrilirlər.


Protey qəlsəmə, ağciyər və dərisi ilə nəfəs alır, qidanı isə eşitmə və iybilmə qabiliyyəti ilə tapır.


Protey çay və göllərdə tamamilə qaranlıqda yaşayır, ona görə də o, kor və rəngsiz olur.