YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kimyəvi maddələrin qarışdırılması

Adi su və ya duz kimi yalnız bir neçə maddə təkcə iki kimyəvi elementdən ibarətdir. Digər gündəlik qarşılaşdığımız əşyaların böyük hissəsi isə bir neçə kimyəvi maddənin birləşməsindən əmələ gəlir. 


Kimyəvi birləşmələr


Bir çox maddələr bir-biri ilə qarışdırıldıqda tərkibi dəyişir. Molekulları bir-birinə bağlayan kimyəvi rabitələr qırılır və yenidən birləşərək kimyəvi birləşmələr adlanan yeni maddələr əmələ gətirirlər. 


Neft və su molekulları bir-birini itələdiyindən, bu maddələr heç vaxt qarışmır. 


Təmizləyici maye sabun, su və digər maddələrin qarışığıdır. 


Qarışıqlar


Bəzi maddələr kimyəvi rabitə yarada bilmədiyindən, hətta bir yerə qoyulduğu zaman reaksiyaya girmirlər. Bunlar kimyəvi qarışıqlar adlanır. İlkin maddələr dəyişilmədiyindən qarışıqları çox asanlıqla ayırmaq mümkündür. 


Qarışıqlar müxtəlif molekul və elementlərdən əmələ gəldiyindən, qarışıqda maddələrdən hər hansı birini görmək çətin ola bilər. Kobud qarışıqlarda, adətən, bütün maddələr seçilə bilir. Suspenziyalar tək bir maye kimi görünə bilər, lakin onu tərkib hissələrinə ayırmaq mümkündür. Məhlulda isə maddələr tamamilə qarışır və adətən, orada birdən artıq maddənin olduğunu demək çətin olur.


Kobud qarışıqlar 


Bəzi qarışıqlarda hissəciklər görünə və ayrıla biləcək qədər böyükdürlər.


Suspenziyalar


Kiçik torpaq hissələrinin su ilə qarışması zamanı suspenziyalar əmələ gəlir. Nəticədə ağır torpaq hissəcikləri aşağıya doğru çökür.


Kolloidlər


Bunlar da suspenziyalara bənzəyir, lakin aşağıya doğru çökmürlər. Məsələn, süddə olan kiçik yağ damcıları su ilə qarışdıqda hərəkət edirlər. 


Məhlul: bir maddə digərində həll olunduğu zaman yaranan qarışığa məhlul deyilir. Dəniz suyu su və duzun, hava isə müxtəlif qazların qarışığıdır.


Qarışıqlar və tərkiblərin ayrılması 


Qarışığı ayırmaq, tərkibi ayırmaqdan nisbətən daha sadədir. Qarışıqları buxarlanma, filtrasiya, flotasiya və ya distillə kimi fiziki üsullardan istifadə etməklə ayırmaq olar. Tərkiblərin isə istədiyiniz maddəni ala bilənə qədər ayrılması digər kimyəvi maddələrin qatılması, isitmə və süzmə kimi bir neçə mərhələdən keçmə tələb edə bilər. 


Xromotoqrafiya


Bu üsul, adətən, qarışıqda rəngli maddələrin ayrılması üçün istifadə olunur. Qarışıq damcısı xromotoqrafiya kağızının üzərinə qoyulur və üstünə həlledici tökülür. Həlledici kağızboyu hərəkət etdiyindən, cürbəcür maddələr kağız ətrafında sürətlə hərəkət edirlər. Alimlər hər bir maddənin qət etdiyi məsafəyə görə onun hansı maddə olmasını müəyyən edə bilirlər. 


Qızıl yumaq


Qızıl axtaranlar qızıl dənələrini çay çınqıllarından ayırmaq üçün, onu dayaz qabda yırğalayırlar və bu zaman daha ağır olan qızıl qabın dibinə çökür. 


Kimyəvi reaksiyalar


Bir və bir neçə maddənin atomları yenidən birləşərək hər hansı tərkib yaratdıqları zaman kimyəvi reaksiya baş vermiş olur. Kimyəvi reaksiyaların çox hissəsi dönməzdir, məsələn, tortu yenidən yumurta və una çevirmək mümkün deyil, lakin bəzi reaksiyalar var ki, istilik və ya təzyiqlə onları geri çevirmək mümkündür. 


Dəmiri daha yüngül reaktiv metal, məsələn, sink ilə örtərək paslanmadan qorumaq olar.


Dönər reaksiyalar


Dəmir hava və ya suyun təsirinə məruz qaldığı zaman reaksiyaya girməyə başlayır. Bu metal oksigenlə reaksiyaya girərək pas adlandırılan qırmızımtıl-qəhvəyi rəngə çevrilir. Lakin dəmir oksidi sobada qızdırsaq o, yenidən dəmir və oksigenə parçalanacaq.


Dönməz reaksiyalar


Odunun yandırılması dönməz reaksiyaya səbəb olur. Taxtada olan karbon atomları havada olan oksigenlə reaksiyaya girərək kül, tüstü və karbon qazı yaradır. Taxta yandığı və isindiyi üçün enerji itirir. Hətta alınan maddələri eyni qaba qoysaq belə, onlar yenidən odunu əmələ gətirə bilməzlər. Digər dönməz dəyişikliklər ərzağın çürüməsi zamanı baş verir. Kiçik mikroorqanizimlər ərzaqla qidalanaraq onu yeni maddəyə çevririrlər. Bu proses parçalanma adlanır.