YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Abbas Səhhət

Abbas Əliabbas oğlu Mehdizadə
 
Şair, dramaturq, tərcüməçi, Azərbaycan ədəbiyyatında romantizm cərəyanının nümayəndəsi
 
1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib.
 
Məşhəd və Tehran şəhərlərində tibb təhsili alıb.1901-ci ildə Şamaxıya dönən Abbas Səhhət rus idarəçilərinin İran mənşəli diplomunu tanımaması səbəbi ilə həkimlik sənətindən uzaqlaşıb.
 
Məktəblərdə Azərbaycan dili və şəriət dərsləri deyib.1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunub. Professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub (“Füyuzat” jurnalı, 1906-1907-ci illər). M.Y.Lermontov, A.S.Puşkin, İ.A.Krılov, M.Qorki, V.Hüqo, Müsse, Sülli-Prüdom və digər yazıçıların əsərlərini Azərbaycan dilinə tərcümə edib.
 
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edib. Əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyib.1917 və 1918-ci illərdə erməni daşnaklarının Şamaxıya hücumları nəticəsində hər şeyini itirən şair Gəncəyə köçür.
 
Evinin yanması nəticəsində bir çox əsərləri məhv olur.1918-ci ildə Abbas Səhhət iflic olaraq Gəncə xəstəxanasında vəfat edir və Gəncə qəbiristanlığında dəfn edilir.
 
Əsərləri
 
Kasıblıq eyib deyil (2 pərdəli komediya). Bakı, 1912;
Qərb günəşi (tərcümələr toplusu). Bakı, 1912;
Neft fontanı (1 pərdəli komediya). Bakı, 1912;
Azərbaycan dilinin 3 illik tədrisi üçün dərslik. Bakı, 1912;
Sınıq saz. Bakı, 1912;
Cəhalət səmərəsi, yaxud bir yetimin xoşbəxtliyi. Bakı, 1914;
Ədəbiyyat müntəxabatı. Bakı, 1928.