YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Şibyələr

Şibyələr xüsusi toxuma və orqanlara malik deyil. Оnların tallomu simbioz şəklində yaşayan iki orqanizmdən – heterotrof göbələkdən və avtotrof yosunlardan (və ya sianobakteriyalardan) ibarətdir.

 

Şibyələrin quruluşu

Şibyə tallomunun qabıq qatını sıx dolaşmış göbələk hifləri əmələ gətirir. Tallomun daxili hissəsində mitselilər arasında əksər hallarda yaşıl yosunlar (və ya sianobakteriyalar) yerləşir.


Həyat tərzi

Şibyələr quraqlığa və soyuğa davamlıdır. Bu xüsusiyyətlər onlara bir çox orqanizmlərin yaşaya bilmədiyi yerlərdə yayılmasına imkan verir.

 

Şibyələrin qidalanması

Yosunlar fotosintez prosesini həyata keçirərək tallomu üzvi maddələrlə, göbələklər isə su və mineral maddələrlə təmin edir. Bunlardan hər iki orqanizm qarşılıqlı istifadə edir. Şibyə rütubəti bütün bədən səthi vasitəsilə uda bilir. İşıq düşmədikdə fotosintez getmədiyi üçün tallom məhv olur.

 

İnkişafı

Şibyədə fotosintez prosesi zəif gedir və üzvi maddələr az əmələ gəlir. Nəticədə onların tallomu zəif böyüyür. İl ərzində tallomları bir neçə mm-ə qədər böyüyə bilir. Məsələn, maral mamırı ildə 1-3 mm-ə qədər böyüyə bilir.

 

Şibyələrin çoxalması

Şibyələr sporlarla və ya tallomun hissələrə bölünməsi yolu ilə çoxala bilir. Qopmuş tallom hissələrindən yeni şibyələr inkişaf edir. Bəzi hallarda şibyə tallomunun daxilində göbələk və yosunlardan ibarət hüceyrə qrupları əmələ gəlir. Bu qrupların böyüməsi nəticəsində tallom dağılır və onlar küləklə ətrafa yayılaraq yeni şibyə tallomuna başlanğıc verir.

 

Müxtəlifliyi

Xarici görünüşünə görə şibyələr qazmaqşəkilli, yarpaqşəkilli və kolşəkilli olur.


Şibyələrin yayılması və əhəmiyyəti

Şibyələr bitkilər bitməyən yerlərdə – qayaların üzərində ilk məskunlaşan (pioner) orqanizmlərdir. Onlar turşu ifraz edərək qaya süxurlarını əridir, məhv olduqda isə çürüyərək torpaqəmələgəlmə prosesində iştirak edir. Şibyələr havanın çirklilik dərəcəsinin göstəricisi (indikator) rolunu oynayır. Onlar çirklənmiş havada, xüsusən kükürd qazı olan yerlərdə yaşaya bilmir. Bəzi şibyələrdən kimya sənayesi üçün boyaq maddələri, lakmus, bəzilərindən qida maddəsi kimi, İslandiya mamırından isə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Maral mamırı şimal ölkələrində maralların yemini təşkil edir.