YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Onurğasızlar

Yer kürəsində 5 milyon növ onurğasızların olması güman edilir ki, bu da bütün canlıların 95 faizini təşkil edir. Onlar eyni zamanda dünyada ən uğurlu heyvanlar sayıla bilərlər, belə ki, onlara hər yerdə-quruda, dənizdə, havada və hətta insan orqanizmində də rast gəlmək olar. Onurğasızların böyük növ müxtəlifliyi var. Bu fərqlilik yalnız onların görünüşünə görə deyil, həm də davranışı və hərəkət formalarında nəzərə çarpır. 


Bel sümüyü olmayan heyvanlar onurğasızlar adlandırılır. 


Bel sümüyü ilə yanaşı, onurğasızların əsl çənə sümüyü də yoxdur. Onların daxili bədən skeleti yoxdur; əvəzində bəzilərinin xarici örtük qatı var (böcəklər və ya yengəcdəki kimi sərt örtük), bəziləri qabıq içində yaşayır (məsələn, ilbizlər və molyuskalar), digərləri isə incə hissələrə bölünür (məsələn, qurdlar). 


Süngərlər onurğasızların ən ibtidai növlərindəndir: onların hətta başı və ya beyinləri yoxdur…


Lakin səkkizayaqlı ilbizlər çox ağıllıdırlar. Dişi ilbiz tutulanda, onu tutanı təqlid edərək dolçavari ağzını açır. 


Qarışqalar sosial heyvanlardır və sağ qalmaq üçün birlikdə çalışırlar. Lakin böyüklər həm tək yaşayır həm də ayrıca ov edirlər. 


Mərcanlar bitkiyə bənzəyir və kökləri dəniz dibinə birləşdiyindən, çox ləng hərəkət edirlər. 


Halbuki, monarx kəpənəklər hər miqrasiya ili 4000 km (2500 mil) yol qət edir.


Onurğasızların xarici qabıq qatı, hətta daxildə orqanizm böyüsə belə ölçüsünü dəyişmir. Bu səbəbdən onlar böyüdükcə xarici qabıq qatını atıb, onu yenisi ilə əvəzləməli olurlar.


Onurğasızların sinifləri


Heyvanların üç əsas qruplaşmasında onurğasızlar adlı sinif yoxdur. Onurğalılar sinfi var ki, o da xordalılar tipinin bir hissəsidir və məməlilərə, quşlara və s. bölünür, lakin onurğasızların 30 müxtəlif növü var: 


Molyuskalar-kalmar, çılpaq ilbiz və istridiyyələrin hamısı (5000 növ) molyusklardı. Onların böyük hissəsinin xarici örtük qabığı və pullu dişciklərlər örtülü sürtgəc şəkilli “dili” var. 


Dərisitikanlılar-dəniz ulduzu, dəniz kirpisi, dəniz xiyarları (7000 növ). Demək olar ki, bütün dərisistikanlılar dəniz dibində yaşayır və onların tikanlı bədənləri, adətən, beş bərabər hissələrə bölünüb.


Həlqəvi qurdlar-yağı qurdları, zəlilər çoxqıllı qurdlar (12000 növ). Həlqəvi qurdların bədənləri hissələr bölünüb. 


Dalayıcılar-meduzalar, mərcanlar, hidralar (8000-9000 növ). Bütün dalayıcıların ibtidai neştərlərlə örtülü bədən quruluşu, sadə sinir sistemi və bir çıxışı var: ağız.


Buğumayaqlılar-həşəratlar, hörümçəkkimilər, xərçəngkimilər (1000000 növ). Buğumayaqlılar, məsələn, bu böcək xaricdən örtük qatı ilə örtülüb. Onların xarici skeleti və bədəni hissələrə bölünüb. 


Süngərlər - (5000-10000 növ) Bir vaxtlar hesab olunurdu ki, süngərlər bitkidir, lakin əslində onlar ən ibtidai heyvanlardır. Onlar dəniz dibinə yapışaraq yaşayır və qidalarını dalğa onların üzərinə  gəldikcə sudan alırlar.


Hissetmə qabiliyyəti


İbtidai onurğasızların, məsələn anemonların hissetmə qabiliyyəti zəifdir: onlar qidalarını müəyyən edə və ona tərəf gedə bilər və ya təhlükəni hiss edə və ondan qaça bilərlər. Daha ali onurğasızlarda isə hiss etmə daha da inkişaf edib. Milçəklər mürəkkəb gözləri ilə çox şeyi görə və ən incə hərəkəti də hiss edə bilirlər, çəyirtkələrin qarınlarında qulaq zarı var.


Kəpənəklər ayaqları ilə dadı yoxlaya bilirlər. Həşəratın ayaqlarında olan kimyəvi sensorlar onun nəyin üzərinə qonduğunu “dadır” və beləcə o, sovura biləcəyi bir şeyin, məsələn, nektar üzərində durduğunu bilir.


Onurğasızlarsız Yer kürəsində həyat olmazdı. Kril (xərçəngkimilərin bir növü) qütb dənizlərində qida həlqəsinin əsasını təşkil edir. Həşəratlar, məsələn, qarışqa və böcəklər, eləcə də onların sürfələri Yer kürəsini, təmizliyini təmin etdiyi halda, digər həşəratlar, məsələn, artılar tozlanmada mühüm rol oynayır. 


Kril


Krilsiz bütün balıq növləri yox olardı. Bu kiçik canlılar ən böyük balıq sayılan köpəkbalığı da daxil olmaqla, bir çox su məməlilərinin əsas qidasını təşkil edir. 


Qarışqalar


Dağıdıcılar, məsələn, qarışqalar ölmüş heyvan və bitki qalıqlarını parçalayırlar. Yeyilməyən parçalar asanlıqla torpağa sovrulur və onu bitkilər üçün qida maddələri ilə zənginləşdirir.


Peyin qurdu


Peyin qurdları olmasa idi, heyvan peyinləri ətrafa yayılaraq Afrika savannalarından Avstraliya fermalarına qədər hər yeri dizə qədər peyinlə örtərdi. Az peyin milçəklərin yaşaması üçün az yer deməkdir və bu da milçəklərin səbəb olduğu xəstəliklərin sayını azaldır.