YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Quşların növləri

Quşların 9700-ə qədər növü var. Məməlilər kimi onlar da istiqanlı onurğalılar olsalar da, məməlilərdən fərqli olaraq quşlar yumurtlayır, onların bədəni tüklə örtülüb və əksəriyyəti uça bilir.


Lələklər quşların bədənini isti saxlamaqla yanaşı, həm də quyruq və qanadlara düzgün forma verməklə onların uça bilməsini təmin edir. Quş lələkləri insanın saç və dırnaqlarında da olan keratin maddəsindən ibarətdir.


Quşlar quyruq lələklərindən əyləc və həmçinin sükan kimi istifadə edir. Uzun və sərt iti lələklər qanadlara havaya qalxmaq üçün lazım olan formanı verir. İri lələklərdən balaca olan kontur lələklər uçuş zamanı quşların bədənini sürüşkən, axarlı formasını təmin edir. 


Kontur lələklərin altındakı, qısa xovlu lələk qatı quşun bədəninin isti saxlanılmasına xidmət edir. 


Quşların çoxunun yaxşı görmə qabiliyyəti var. Məsələn, qırğı ovunu hətta uzaq məsafədən də görə bilir. 


Quşlarda diş və çənə yoxdur, əvəzində isə möhkəm və qabarlı keratindən təşkil olunan dimdikləri var. O, müxtəlif məqsədlər üçün istifadə olunur: o yaralamaq və ya parçalamaq üçün güclü silah, qazma və ya əzmə vasitəsi, eləcə də incə süzgəc ola bilir. Bəzi quşlar həmçinin lələklərini tumarlamaq üçün də dimdiklərindən yararlanırlar. 


Quşlar caynaqlarını həm silah, həm də tarı tutmaq üçün vasitə kimi istifadə edirlər. Su quşlarının pərdəli ayaq barmaqları onların yaxşı üzməsinə kömək edir. 


Quşların sümükləri heyvan sümüklərinin əksəriyyəti sulu sümük illiyi ilə dolu olduğu halda, quş sümükləri boşdur və bu da onları yüngül edir. Həmçinin daxili dayaqları onlara möhkəmlik verir.


Heç də bütün quşlar uça bilmir. Uça bilməmək az sayda təbii yırtıcı olan quşlara, məsələn Yeni Zelandiya kivi quşuna xas olan xüsusiyyətdir. Uça bilməmək dəvəquşu, nandu (Cənubi Amerika dəvəquşusu), emu və kazuar kimi iri quşlarda daha çox enerji itkisinə səbəb ola bilərdi. Bunun əvəzində onlar enerjilərini sürətli qaçmağa sərf edirlər. Onlar, həmçinin əksər yırtıcıların girişə bilməyəcəyi qədər böyüyürlər.


Bütün quşlar yumurtlayır. Bunun səbəblərindən biri dişi quşun qarnında körpə balalarla uça bilməsinin çətinliyi ilə bağlıdır. Bir çox quşlar balalarını kürt yatmaqla çıxarırlar və dişi quşlar, adətən, yalnız yumurta qoyur. 


Quşların aşağıdakılar da daxil olmaqla 29 fəsiləsi var:


Uzunqanadlılar və kolibrilər: bu sürətli quşların kiçik ayaqları və pəncələri var.


Tutuquşular: Arara və dalğalı tutuquşular da daxil olmaqla tutuquşuların 352 növü var.


Nandukimilər: uça bilməyən bu quşların geniş qanadları və zəif uçuş əzələləri var.


Cüllütkimilər, qağayılar və qaqarkakimilər: Tupik bu dəyişik fəsiləyə daxil olan 344 növdən biridir. 


Ov quşları: Tovuz quşu quru quşları fəsiləsinin tərkibinə daxildir. 


Qızılqazlar: bunlar başı ilə tərsinə çevrilmiş şəkildə qidalanan yeganə quşlardır. 


Su quşları: pərdəli ayaqları ördəklərin və digər su quşlarının suda üzməsinə yardım edir.


Bayquşkimilər:  Bayquşkimilərin 194 növü var.


Nandu-Pterocnemia pennata


Hündürlüyü 100 sm-ə qədər, çəkisi 20 kq, məskəni isə Cənubi Amerika hesab olunur.  Nandu Cənubi Amerika dəvəquşusudur. Onlar yaxınlaşa biləcək təhlükəni görə biləcəkləri açıq ərazilərdə yaşayırlar. Erkək nandu bir neçə dişi ilə cütləşə bilir və bir yuvada bütün yumurtaların qayğısına qalır. 


Kiçik qızılqaz-Phoenicopterus minor


Hündürlüyü 80-90 sm, qanad genişliyi 100 sm, çəkisi 2 kq, məskəni Afrikadır. Minlərlə kiçik qızılqaz koloniyalarının çoxalmaq üçün Rift Dərəsinin qələvi gölləri ətrafında toplanması gözəl mənzərə yaradır. Hər kiçik qızılqaz cütlüyü palçıqdan hazırlanmış yuvalarında bir yumurta qoyur. Qızılqazlar xüsusi uyğunlaşmış dimdikləri ilə sudan təmizlədikləri mavi-yaşıl yosunlarla qidalanırlar.


Yaqutboğaz kolibri-Archilochus colubris


Uzunluğu 7-9 sm, qanad genişliyi 8-11 sm, çəkisi 2-6 q, məskəni isə Şimali və Cənubi Amerikadır. Bu xırda mirvari quşlar xüsusi şəkillənmiş dimdikləri ilə boruşəkilli güllərdən nektar çəkir, eyni zamanda saniyədə təqribən 50 dəfə havada qanad çalırlar. Yaqut-boğaz kolibri Yer kürəsində ən kiçik istiqanlı heyvanlardır.


Atlantik papuki-Fratercila arctica


Uzunluğu 30 sm, qanad genişliyi 60 sm, çəkisi 450 q, məskəni isə Afrika və Aralıq dənizidir. Pupiklər yaxşı uça bilmirlər, eyni zamanda onlar quruda da narahatdırlar, lakin onlar əla üzgüçü olmaqla suyun altında balıq ovlayırlar. Çoxalma mövsümündən başqa, bütün vaxtlarını dənizdə keçirirlər.


Lələkli fitçalan ördək-dendrocygna eytoni


Uzunluğu 40-50 sm, çəkisi 0,5-1,5 kq, məskəni Avstraliya, İndoneziya, Papua Yeni Qvineyadır. Lələkli fitçalan ördək ətraflarında olan dəbdəbəli lələkləri və eləcə də iki barmaq arasında havanı üfləyərkən çıxan səsə bənzər fərqli səsinə görə belə adlandırılıb. O, yosunlar və otlarla qidalanır.


Sünbül arara-Anodorhynchus hyacinthinus


Uzunlunğu 100 sm, qanad genişliyi 130 sm, çəkisi 1,5-2 kq, məskəni isə Mərkəzi Cənubi Amerikadır. Yeni Zelandiya kakaposunun daha ağır olmasına baxmayaraq, bu dünyada ən böyük tutuquşudur. Təəssüf ki, o həm də quşların ticarəti məqsədilə çox tutulduğundan nadir növlərdən biridir. Meşəqıranlar və fermerlər tərəfindən meşələrin qırılması nəticəsində onların yaşayış yerlərinin dairəsi daralıb.


Tovuz quşu-Pavo cristatus


Uzunluğu erkəklərdə 1,8-2,3 m, dişilərdə 1 m olur. Qanad genişliyi 1,4-1,6 m, çəkisi 4-6 kq, məskəni Hindistan və Pakistandır. 


Erkək tovuz quşu dəbdəbəli quyruğuna görə məşhurdur və adətən, gümrahlığını və əzəmətini göstərmək üçün quyruğunu nümayiş etdirir. Dişi tovuz quşunun isə lələkləri səliqəsiz, quyruğu isə qısadır. Tovuz quşu müxtəlif toxumlar, çiçəklər və həşəratlarla qidalanır. 


Sokoke bayquşu-Otus ireneae


Hündürlüyü 16-18 sm, çəkisi 50 q, məskəni Keniya və Tanzaniyadır. Dünyanın ən kiçik quşlarından olan Sokoke bayquşu böcəklər və digər həşəratlarla qidalanır. O, gecələr ov edir, gündüzlər isə qalın kolluqlar arasında gizlənir. Yaşayış yerlərinin dağıdılması bu bayquşları tükənmək təhlükəsinə qoyur.