YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yer kürəsində həyat

Yer kürəsində həyat olduqca dəyişkəndir. İlk baxışda günəbaxanla və köpəkbalığı arasında hər hansı oxşarlıq olmasa da, bütün canlı varlıqların oxşar xüsusiyyətləri var: onlar hüceyrələrdən ibarətdir; onların yaşamaq üçün enerjiyə ehtiyacı var; onların həyat dövrü var və onlar çoxalırlar.


Alimlər bütün canlıları müəyyən sistem üzrə təsnifləşdirirlər. 


Heyvanlar çoxhüceyrəli canlılardır və əsas enerjilərini yedikləri qidadan alırlar. 


Bitkilər də çoxhüceyrəlidirlər. Bu hüceyrələrin divarları sellülozadan təşkil olunub. Bitkilər enerjini fotosintez prosesi nəticəsində əldə edirlər. 


Göbələklər Günəş işığı olmadan inkişaf edə bilən hüceyrəli bitkilərdir. Göbələklər, əsasən torpağın alt qatında olur-torpağın üzərində isə sporagil-çoxalmaq üçün sporların olduğu hissə görünür. 


Birhüceyrəlilər ilkin həyat formalarıdır. Onlar, adətən, bir hüceyrədən ibarət olur və mikroskop altında görünə bilirlər, lakin bəziləri, məsələn, gölməçələrdə yosunlar qrup halında olur ki, adi gözlə də görünə bilirlər. 


Bakteriyalar təkhüceyrəli mikroorqanizmlərdir. Onlar havada, suda və hətta insan orqanizmində də yaşaya bilirlər. 


Tip: Xordalılar-xüsusi formalı bel sümüyünə (xorda) malik heyvanlardır. 


Sinif: Məməlilər- Bunlar balalarını diri doğan və südlə bəsləyən xordalı heyvanlardır. 


Dəstə: Ətyeyənlər-bu məməlilərin qüvvətli çənələri və dişləri ət yemək üçün formalaşmışdır. 


Fəsilə: pişik fəsiləsi- bunlar genişlənmiş caynaqları olan ətyeyənlərdir və ümumi şəkildə bu fəsilənin adı “pişik”kimilər adlandırılır. 


Cins: Yaquar-Pişiklər fəsiləsinin ən güclü nümayəndəsi olan bu pişiklər həm nərildəyir, həm də mırıldayırlar. 


Həyat dövrü


Bütün canlıların doğulduğu və öldüyü vaxt kəsimi var. Onlar eyni zamanda çoxalırlar, bu həmin növün davamlılığını təmin edir. Heyvanlar, adətən, yumurtlayır və ya diri bala doğur, bitkilər və göbələklər sporlar və ya toxumlarla çoxalır, bakteriya və ya birhüceyrəlilər isə, adətən, nəsil artırmaq üçün ikiyə bölünürlər.


İstehsalçılar, məsələn, bitkilər qida zəncirinin ilk halqasını təşkil edirlər. Bitkilərin inkişaf etmək üçün günəş enerjisinə, torpaqdan qida maddələrinə və suya ehtiyacı var. 


İlkin istehlakçılar, məsələn qum siçanları qida zəncirindəki ilk heyvanlardır. Onlar otyeyənlərdir, yalnız bitkilərlə qidalanırlar. 


İkinci dərəcəli istehlakçılar ətyeyənlər-ətlə qidalanan heyvanlardır. 


Leşyeyənlər və çürüdücülər: leşyeyənlər ölü heyvan cəsədləri ilə qidalanır və təbiətdə üzvi maddələrin parçalanmasına yardım edirlər. Sürfə, bakteriya və göbələklər başlıca çürüdücülərdir.


“Orqanizm” sözü istənilən canlıya münasibətdə işlənilir. 


Canlıların təsnifləşdirilməsinin müxtəlif üsulları var və bu üsullar canlılar haqqında əldə olunan informasiyaların çoxluğundan asılı olaraq dəyişir. 


Bütün canlı orqanizmlər bir-biri ilə əlaqəlidir. Bu qidalanma zəncirinin əsasıdır: əgər hər hansı bir halqa olmazsa, zəncir dağılar və bu canlıların yox olmasına səbəb olar. 


Bakteriyalar zərərli və ya xeyirli ola bilərlər: bağırsaq çöpləri xəstəlik yaratdığı halda, pensilindən müəyyən xəstəliklərin müalicəsində istifadə olunur. Çörək hazırlanmasında istifadə olunan göbələk maya (kif) göbələyidir. 


Hər bir aləmdə nəsli kəsilməkdə olan heyvan və bitki növü var. Yaşam yerini itirmə, xəstəliklər və qeyri qanuni ovlama da daxil olmaqla bunun bir çox səbəbləri var:


Təbiəti Mühafizə üzrə Beynəlxalq Birlik (TMBB) nəsli kəsilmək təhlükəsi olan növlərin Qırmızı kitabını yaratmaq üçün 1,5 milyon bitki və heyvan növü üzrə araşdırma aparmışdır. Onlar müəyyən ediblər ki, 2008-ci ildə 100-ə qədər bitki və heyvan növünün nəsli kəsilmişdir. 


16000-dən çox bitki və heyvan növləri nəsli kəsilmək təhlükəsi altındadır.


Davud maralı da daxil olmaqla, hər beş məməlidən biri nəsli kəsilmək təhlükəsini yaşayır. 


Əsl səhləbçiçəyi də daxil olmaqla 8000-dən artıq bitki növü təhlükə altındadır.


Suda-quruda yaşayanların təxminən 30 faizi nəsli kəsilmək təhlükəsindədir. Ağacadırmananlar onların yaşadıqları meşələrlə birlikdə məhv olublar.