YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Torpağın həkimləri

Torpaqda boy atan bitkilər həm də onun həkimləridir. Qumsal qamışlarının kökü dərinə işləyərək qum axınının qarşısını alır. Ağacların və digər bitkilərin kökləri dağ yamaclarında torpağın eroziyasının qarşısını alır. Ağacların yarpaqları, otların gövdələri çürüyərək üzvi gübrə kimi torpağı qüvvətləndirir və məhsuldarlığını artırır. Bir çox bitkilər, hətta torpağı zəhərli sənaye tullantılarından təmizləyir. 


Eroziyadan qoruyanlar


Yumşalmış torpağı külək havaya sovurur, su asanlıqla yuyub aparır. Bu hadisə eroziya adlanır. Bunun qarşısını almaqda bitkilər əvəzsiz rol oynayır. Onların kökləri torpağı möhkəmləndirərək  yerindən tərpənməyə qoymur. Dağ yamaclarında eroziyanın qarşısını almaqda ağaclar xüsusilə mühüm rol oynayır. 


Toxumdaşıyanlar


Toxumların çoxu heyvanlar vasitəsilə yayılır. Quşlar meyvələri dimdikləyir, toxumlar yerə tökülür. Bəzi bitkilərin toxumlarında xüsusi qarmaqcıqlar var. Onlar heyvanların yununa yapışaraq uzun məsafə qət edirlər. Səhləbin toxumları hava ilə yayılır. Daha ağır toxumlar da külək vasitəsilə yayıla bilir. Bir çox paxlalı bitkilərin dənləri yetişdikdə partlayır və toxumlar ətrafa səpələnir. 


Havatəmizləyən meşələr


Meşələr nəfəs aldığımız havanın təmizlənməsində böyük rol oynayır. Çünki meşədəki ağaclar havaya külli miqdarda su buxarı və oksigen buraxır. Onlar həmçinin karbon qazını udaraq zərərli qaz toplantısının qarşısını alırlar.  


Səhra bitkilərinin kökləri


Səhra bitkiləri köklərini çox dərinə buraxırlar. Beləliklə, onlar torpağın dərin qatlarından su içirlər. Elə bitkilər məlumdur ki, kökünün uzunluğu 10 metrdir. Hətta 50 metr uzunluğunda kökü olan nadir bitki var.


Azot dövriyyəsi


Torpaq üçün vacib olan azotu bakteriyalar havadan alır və onu bitkilər üçün lazım olan formaya salırlar. Bitkilər işə azotu öz hüceyrələrində mürəkkəb birləşmələr almaq üçün istifadə edirlər. Heyvanlar bitkiləri (yaxud otyeyən heyvanlar) yedikdə azot dövriyyəsi başlayır. Beləliklə, heyvanların peyini və bitkilərin çürüntüsü vasitəsilə azot yenidən torpağa qayıdır. 


Su dövranında bitkilərin rolu


Bitkilər suyu atmosferə qaytarır. Köklər suyu torpaqdan alaraq gövdə və saplaqlar vasitəsilə yarpaqlara ötürürlər. Saplaq və yarpaqlardan buxarlanan su yenidən atmosferə qayıdır. 


Bitkilər suyu təmizləyir


Çirkli suları təmizləmək üçün mikroorqanizmlərdən-kiçik yosunlardan istifadə olunur. Süzəc qatı çınqıl və qum dənələrini özündə saxlayır, bu isə milyonlarla yeni yosunların əmələ gəlməsinə səbəb olur. Onlar və digər mikroorqanizmlər çirkləndirici maddələri və bakteriyaları udaraq suyu təbii yolla təmizləyir.


Tökülən yarpaqlar


Hər il meşələrdə saysız-hesabsız miqdarda yarpaqlar tökülür. Bəs onlar hara gedir? Məsələ burasındadır ki, tökülən yarpaqlar kimlərinsə yemidir və bu prosesi keçdikdən sonra üzvi maddələr şəklində torpağa qayıdırlar. Göbələklər, bakteriyalar, qurdlar, həşəratlar, ilbizlər, qırxayaqlar və başqaları tökülmüş yarpaqlarla qidalanırlar.