YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Hüceyrə

Müxtəlif heyvanların və bitkilərin hüceyrələri bir-birindən nə qədər fərqli olsalar da, ümumi cəhətləri çoxdur. 


Hüceyrədə yarımmaye sitoplazma və yumru, yaxud yumurta şəkilli nisbətən bərk nüvə olur. İki hüceyrəni bir-birindən va nüvəni sitoplazmadan mütləq qabıq ayırır.


Alimlər yüz min dəfələrlə  elektron mikroskopu vasitəsi ilə hüceyrələrin birinə baxdıqda çox qəribə şeylər gördülər. Sən demə, nüvənin qabığında deşiklər varmış. Bu deşiklərin yanında çox xırda kürəciklər - ribosomlar toplaşır. Bu ribosomların hüceyrədəki rolu böyük zavodda sexin rolu kimidir: onlar hüceyrəni təşkil edən maddəni - zülalı və ən başlıcası, istehsalı üçün orqanizmə hüceyrənin özü lazım olan maddəni hazırlayır. Ağ qan kürəciklərinin ribosomları zərərli mikroblar va onların zəhərləri ilə mübarizə aparmaq üçün maddə verir. Qırmızı qan kürəciklərinin ribosomları  isə qana qırmızı rəng verən və oksigeni bədənə paylayan hemoqlobin hazırlayır.


Sexlərin işləməsi üçün enerji lazımdır. Enerji ribosomlara da lazımdır. Bunun üçün hər hüceyrənin özünün enerji «mənbəyi» var. Onlara mitoxondriya deyirlər.

O, hüceyrələr həmişə işləyir, ona görə da köhnəlib məhv olur. Bəs təzələri necə əmələ gəlir? Mikroskop altında müşahidə edilmişdir ki, vaxtaşırı hüceyrələrdə bölünmə prosesi başlayır.


Bölünmədən əvvəl hüceyrənin nüvəsində bir-birinə qarışmış nazik tellər görünür. Onlara xromosomlar deyirlər. Əlbəttə, xromosomlar heçdən yaranmır. Hüceyrənin nüvəsində xüsüsi, çox mürəkkəb maddənin çoxlu zərrəciyi var. Kimyaçılar bu zərrəcikləri DNT, bioloqlar isə gen adlandırırlar. Genlər, sanki zavod - hüceyrənin müdiri və nəzarətçiləridir. Onlar qayda - qanuna göz qoyur, yeni zülalların, yeni hüceyrələrin «yaranması planına» rəhbərlik edir va irsiyyətə – təzə hüceyrənin köhnə hüceyrəyə  oxşamasına fikir verir.


Hüceyrə bölünməmişdən genlər nazik xromosom tellərində elə yığışırlar ki, hər xromosomun eyni ilə özünə oxşayan tayı olsun.


Xromosomlar getdikcə qısalır və qalınlaşır, nəhayət, ekiz xromosomların cütləri iki yerə bölünür və hüceyrənin içində bir-birindən uzaqlaşır, aralarında yeni hüceyrənin divarı yaranır. Bir nüvəyə malik olan bir hüceyrə əvəzində hər birinin öz nüvəsi olan iki hüceyrə əmələ gəlir.


Mürəkkəb orqanizmdə, məsələn insan bədənində hüceyrələr çox müxtəlif olur. Hüceyrələrin bəziləri sümük yaradır. Başqaları isə bükülüb-açıla bilir, bunlar hərəkətgətirici əzələ hüceyrələridir. Qanın qırmızı hüceyrələri oksigen daşıyır və s. Demək olar ki, hüceyrələr «yalnız öz işini bacaran mütəxəssislərə» dönürlər. Bu, orqanizmə daha yaxşı xidmət etməkdə onların hər birinə ayrılıqda kömək göstərir.