YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Assuriyalılar və xettlər

Müasir Türkiyənin ərazisi Anadoluda yaşamış xettlər e.ə. XVI əsrdə Suriyanın, Mesopotamiyanın və Vavilonun çox hissəsini tuturlar. Onların imperiyası e.ə. XIII əsrdən Balkanlardan “dəniz xalqlarının” təzyiqi altında dağılır. E.ə. 2000-ci ildə assuriyalılar Şimali Mesopotomiyanı, e.ə.650-ci ildə artıq Misirdən Fars körfəzinədək torpaqları tutur. E.ə. 609-cu ildə vavilonlular Assuriyanı darmadağın edirlər. 


Mühasirə


Xettlər və assuriyalılar şəhərlərə hücum edərkən mühasirə toplarından istifadə edirdilər. Əvvəlcə ordu düşmən şəhərini mühasirəyə alır, sonra şəhərin divarlarını dağıdan taran silahları işə düşürdü. 


Assuriyanın tikintiləri


Assuriyalılar gözəl şəhərlər,məbədlər, saraylar tikirdilər. Çar araba ilə gəzərək tikintinin gedişinə nəzarət edirdi. Daş çox uzaq karxanalardan daşınırdı. Dəri qayıqlardakı avarçılar daş yüklənmiş bərələri yedəyə qoşub Dəclə çayı yuxarı tikinti yerlərinə aparırdılar.


 


Assuriyanın sonuncu və ən qüdrətli hökmdarı çar Aşşurbanipal olmuşdur. Çar nəinki igid döyüşçü olmuş, həm də şumerlərin, vavilonluların ədəbiyyatından əsərlər, sənədlərlə palçıqdan düzəldilmiş cədvəllər saxlanılan kitabxana tikdirmişdir. Onun sarayını dünyanın hər tərəfindən gətirilmiş ağaclar olan bağlar əhatə edirdi. 


Daş üzərində naxışlar


Xettlər və assuriyalılar daş üzərində naxış açan ən bacarıqlı nəqqaşlar olmuşlar. Xettlər məbədlərin yaxınlığındakı qayaların üzərində öz allahlarının və ilahələrinin böyük sürətlərini nəqş edirdilər. Assuriyalılar özlərindən sonra tarix və həyat tərzindən bəhs edən çoxlu gözəl daş heykəllər qoymuşlar. Onlar əsasən çarları və onların qələbələrini əks etdirirdi. 


Assuriyalıların Allahları


Assuriyalılar çox allahlara inanırdılar. Onların ən başlıcası Assuriyanın qədim paytaxtının adını daşıdığı aşşur olmuşdur. Iştar assuriyalıların müharibə allahı idi. Vavilonlular da İştara səcdə edirdilər. Ancaq onu şəhərlərin himayədarı ana-allah hesab edirdilər. Şəhərin giriş darvazasının hər iki tərəfində insan başlı qanadlı şirlərin nəhəng heykəlləri qoyulurdu. 


Hərbi arabalar


Xettlər və assuriyalılar müharibələrdə döyüş arabalarından istifadə edirdilər. İkitəkərli arabalara atlar qoşulurdu və təcrübəli oxatanlar hərəkətdə olan arabanın üstündən düşmənə atəş açırdılar. Assuriyalılar çox cəsur döyüşçülər idi. Onlar vuruş zamanı qılıncla, sapandla, qalxanla və kamanla silahlanırdılar.