YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kahinlər və mumiyalar

Qədim misirlilər çoxsaylı allahlara səcdə edir və axirət dünyasına inanırdılar. Onlar belə hesab edirdilər ki, yalnız öldükdən sonra bədənləri çürüməmiş adamlar yenidən həyata qayıda bilərlər. Ona görə də qədim misirlilər canlı allah hesab etdikləri fironların cəsədlərini bütöv saxlamağı xüsusilə vacib bilirdilər. Bu məqsədlə onların cəsədlərini balzamlayırdılar. Bütün müqəddəs ayinləri kahinlər həyata keçirirdi. Onlar çox qüdrətli və sözükeçən dim xadimləri idi. 


Kimlər mumiyalanırdı?


Balzamlaşdırma çox baha başa gəlirdi. Ona görə də ancaq çar ailəsinin üzvlərini, yüksək rütbəli məmurları və kahinləri mumiyalayırdılar. Kasıbları həsir və ya torpaq qəbirlərdə dəfn edirdilər. Bəzən heyvanları da balzamlayırdılar (pişiklər, itlər, timsahlar, meymunlar). Bu heyvanlara allah kimi inanırdılar. Məsələn, pişik şadlıq ilahəsini təcəssüm etdirirdi. 

 

Mumiya


Mumiya-çürüməkdən qorunan cəsəddir. Mumiya düzəldən adamlara balzamlayıcılar deyilirdi. Qurudulmuş və yağ sürtülmüş cəsədi 5 km-ə qədər uzunluğu olan kətan bintlə sarıyırdılar. 


Oğrular qəbirləri onun içrisindəki zinət əşyalarını əldə etmək üçün dağıdırdılar. İnanca görə misirlilər varlı adamların qəbirlərinə o dünyada lazım olacaq hər şey qoyurdular: Ərzaq, paltar, zinət əşyaları, hətta xidmətçilərin fiqurları. Xoşbəxtlik gətirən həmayil və buna bənzər əşyalar adətən bintin arasına yerləşdirilirdi ki, bəd ruhları qovsun.


Qəbri salamat qalan firon


Əksər fironların qəbri dağıdılmışdır. Ancaq 1922-ci ildə arxeoloqlar 18 yaşında vəfat etmiş firon Tutanxamonun qəbrini tapmışlar. Tam salamat qəbirdə fironun mumiyası ilə birlikdə qızıl maska və çox qiymətli xəzinə də tapılmışdır. 


Mumiyalanma


Vəfat etmiş adamın ürəyindən başqa qalan bütün üzvlərini çıxarır, natrium oksidində-xüsusi duzda qurudur, bintlə sarıyıb xüsusi qaba-kanopa yerləşdiriridlər. Cəsədin qarın boşluğunu əski və ya ağac qovu ilə doldurub tikirdilər. Sonra cəsəd natrium ilə doldurulmuş vannada qurudulur. Balsam hopdurulmuş bintlə sarınırdı. 


Çaqqal maskası


Kahin cənazə üstündə vida duasını oxuyarkən maska geyinirdi ki, ölülərin allahı çaqqal Anubisə oxşasın. Qəbirdə “Ağızın açılması” mərasimində kahin mumiyanı qaldırırdı ki, vəfat edən o dünyada yemək, hərəkət etmək və nəfəs almaq qabiliyyəti əldə etsin. 


Beyinin çıxarılması


Balzamlayıcı ölmüş adamın beynini xüsusi qarmaqla onun burun düşiklərindən çıxarırdı. Misirlilər beyni insan orqanizminin vacib hissəsi saymırdılar, bu səbəbdən də onu atırdılar.


Sarkofaqın naxışları


Ölmüş insanın balzamlaşdırılmış cəsədi iki və ya üç sarkofaqa yerləşdirilirdi. Onların hər biri heroqliflə (şəkil sözlə), allahların təsviri adamın həyatını əks etdirən şəkilləri, sehrli cadularla bəzədilirdi ki, yaman ruhlar yaxın gəlməsin. 


Ölüm maskası


Ölüm maskası vəfat edənin portreti idi. Onu mumiyanın üzünün üstünə qoyurdular ki ruh öz bədənini tanısın. Çox hallarda ölüm maskası bəzədilmiş ağacdan, ancaq bir çox fironların maskası çekankalanmış qızıldan düzəldilirdi.