YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Krit və mikenlər

İlk Avropa mədəniyyəti təxminən 4500 il əvvəl Krit adasında meydana gəlmişdir. Əfsanəvi çar Minosun adını daşıyan minoylar gəlirlər tacirlər olmuş, Egey dənizində ağalıq etmişlər. E.ə.1450-ci ildə bu mədəniyyət süqut etmiş, adada ağalıq mikenlərin əlinə keçmişdir. Onlar həmçinin Yunanıstanın materik hissəsini də tutmuşlar.


Minoylar


Minoylar bir-biri ilə döşəmə yol vasitəsilə əlaqəsi olan iki şəhər salmışlar. Hər şəhərdə gözəl saray olmuşdur. Ən böyük saray Krit adasının şimalında Knosse şəhərində tikilmişdir. Sarayın 1000-dən çox otağı, zəngin salonları, emalatxanaları və məktəbləri olmuşdur.


Malları və ticarəti


Minoy ustaları çox gözəl dulusçuluq əşyaları, daşdan yonulmuş əşyalar, qiymətli zərgərlik məmulatları hazırlayırdılar. Bu cür minoy malları bir çox qonşu ölkələrdə, o cümlədən Misidə tapılmışdır.


Minotavr


Minoy əfsanəsində deyilir ki, çar Minos sarayın dolanbaclarında yarıinsan-yarıöküz-Minotavr saxlayırmış, hər il bu əcaib vəhşiyə 14 cavan yunan qurban verilirmiş. Yunan xalq qəhrəmanı Tesey Minotavrı öldürmək qərarına gəlir. O, sarayın dolanbacına yol tapır, əcaib məxluqu öldürərərək çar Minosun qızı Ariadanın verdiyi ipin ucucnu tutaraq oradan çıxır. 


Mikenlərin ovu


Mikenlər vəhşi heyvanları, o cümlədən 3000 il bundan əvvəl Yunanıstanda yayılmış şirləri ovlamağı çox sevirdilər. Məşhur adamlar çöl donuzunu ovlamaq üçün köpək ovu təşkil edirdilər. Onlar nizələrlə və qalxanlarla silahlanırdı. Ovçular öldürülmüş qabanların dişlərini kəsib özlərinin baş geyimlərinə bəzək düzəldirdilər. 


Miken sarayları


Mikenlər e.ə. 1450-ci ildən e.ə. 1100-cu ilədək Yunanıstanda ən qüdrətli xalq olmuşdur. Miken çarı Nestorun Cənubi Yunanıstandakı Pilos şəhərində tapılmış sarayının qalıqları sübut edir ki, sarayda zəngin bəzədilmiş otaqlar olmuşdur. Onlar bir neçə daxili həyətlərin ətrafında yerləşirdi.


Döyüşkən mikenlər


Minoylardan fərqli olaraq mikenlər nəinki tacir, həm də bacarıqlı döyüşçülər olmuşlar. Onlar yaxşı möhkəmləndirilmiş şəhərlər tikirdilər. Miken şəhərinin uca divarları nəhəng daş bloklardan inşa olunmuşdur. Qalaya yeganə giriş qapısı-Şir qapısını iki daş şir bəzəyirdi. Döyüşçülər qala divarının üstünə qalxaraq düşmənlərin həmləsini dəf edirdilər. 


Minoyların yarışları


Freskalar (divar rəsmlər) göstərir ki, minoylar idmanı çox sevirmişlər. Oğlanlar və qızlar yumruq döyüşünə daha çox üstünlük verirdilər. Öküzün üstündən tullanmaq geniş yayılıb. Bir adam öküzün başından yapışır, digəri isə onun buynuzları üstündən mayallaq vururmuş. Öküzün arxasında akrobatı tutmaq üçün köməkçi dayanırmış.