YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Çəpkən

Çəpkən- köynəyin üstündən geyilən üst geyim tipi olub, astarlı tikilir və hətta yüngül sırınırdı. Onu, iqtisadi imkandan asılı olaraq bəzən bahalı ipək parçalardan (məxmər, tirmə, zərxara, tafta, qumaş, atlas, kəmxa və s.) bəzən də pambıq, yun və adi parçalardan hazırlayırdılar. Rəng seçimi çəpkəndə daha çox nəzərə alınardı. Belə ki, cavan gəlin və qızlar, qırmızı, mavi, yaşıl; yaşlıar göy, palıdı, bənövşəyi,qara parçalardan tikilmiş geyimə üstünlük verirdilər. Çəpkən bədəni yerinə qədər kip tutur, buradan isə yanlardan qoyulmuş çaıpıq vasitəsilə enlənirdi. Adətən, yaxa, qol, çapıq, ətək və calaq tikilşlərinin üzəri görünməsin deyə müxtəlif bafta, zəncir, köb, şahpəsənd, həşyə, və s. bəzək elementləri vasitəsilə “basdırırlırdı”. Çəpkənin yaxasının hər iki tərəfinə cərgə ilə qızıl və gümüşü pullar və on ədəd çilik tikilirdi.


Bədənə möhkəm otursun deyə, çəpkənin yaxa hissəsi, ətəyə yaxın yerdə 1 m uzunluğunda qızılı və ya gümüş zəncirlə çal-çarpaz bağlanırdı. Yaxasına rus pulları, İran abassıları və şahıları bəndlənən belə çəpkənlər Qarabağda “pullu çəpkən” adı ilə geniş yayılmışdı. Onlar sırıqlı olub, qolsuz boyunduruqsuz tikilirdi.


Azərbaycanın ayrı-ayrı etnoqrafik bölgələrində çəpkən, adətən, qollarının quruluşuna görə fərqli xüsusiyyətlər kəsb edirdi. Etnoqrafik materiallar onun “unuzqol” və “sallamaqol” kimi iki variantının daha çox yayıldığını təstiq edir. Qarabağ bölgəsində “sallamaqol”, Naxçıvan və Lənkəran-Astara bölgələrində “uzunqol” Gəncəbasar bölgəsində isə dirsəyə qədər qola açan çəpkən geniş istifadə olunmuşdur. Uzunqol çəpkənin qolları dirsəyə qədər dar olur, sonra yelpazə şəkilində 20-30 sm enlənirdi. Hərəkət sərbəstliyi yaratmaq üçün qoltuğun altında kəsik saxlanılırdı.


Sallamaqol çəpkəndə isə qollar qondarma olaraq çiyin tikişlərinin üstünə tikilir, ucları “əlcək” və ya “qolçaq” la tamamlanırdı. Adətən, qondarma qolun kənarına tikilmiş ilgək-düymə vasitəsilə soyuq havalarda qolçaq yığıb qol şəklinə salınırdı. Bəzən isə qolçaq dirsək bükümündən dirsəyə qədər bəzəkli qaytanla da bağlanırdı. Bir qayda olaraq, sallamaqol çəpkənin qoltuqdan dirsəyə, biləkdən barmaq uclarına qədər olan hissəsi açıq saxlanılırdı. Çəpkən qollarına gözəl görkəm vermək və rəng harmoniyası yaratmaq üçün onun astarı daha qiymətli, rəngli və fərqli parçadan hazırlanırdı. Xalq oyunları və rəqsləri zamanı bu rəng harmoniyası, qolçaq ətrafının bəzəyən qozalı düyələr, xırda zəngi (zınqırovu) xatırladan bəzəklər, qızıl və gümüşdən kəsilmiş pulların (sikkələrin) çıxardığı melodik səslərlə həmanəhg qadın gözəliyinə xüsusi rövnəq verirdi.


Özünün biçim üsuluna və tikiş tərzinə görə çəpkənlə daha çox eynilik təşkil edən ənənəvi qadın geyimi “nimtənə” və ya “mintənə” olmuşdur. Gündəlik geyim növü kimi nimtənə yun və pambıq parçada, “baş paltarı” kim isə məxmər, darayı, tirmə və b.parçalardan tikilirdi. Çəpkəndə olduğu kimi, onun ətəyinə, bafta tutulur, pərvanə verilir, zəncirə tikilirdi.