YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Avropa qitəsi

"Avropa" sözü "günəşin batdığı tərəf" mənasını verir
 
Coğrafi mövqeyi – Avropa şimal yarımkürəsində yerləşir. Qərbdən Atlantik okeanı, şimaldan Şimal Buzlu okean, şərqdən Asiya qitəsi, cənubdan isə Atlantik okeanının bir hissəsi olan Aralıq dənizi ilə əhatələnir. Avropann ucqar nöqtələri şimalda Nordkin burnu, cənubda Marokki burnu, qərbdə Roki burnu, şərqdə isə Ural dağlarının şimal qurtaracağı hesab olunur.
 
Relyefi - Avropanın şərq hissəsində çox böyük sahəni qədim platforma bünövrəsi üzərində yerləşmiş Şərqi Avropa düzənliyi əhatə edir. Şərqi Avropa düzənliyindən qərbə doğru Baltik dənizinin cənub sahilləri boyu yerləşən Orta Avropa düzənliyi uzanır. Skandinaviya yarımadasının şimalını və şərq sahələrini eyniadlı dağlar tutur. Britaniya və İrlandiya adaları da daxil olmaqla, bu ərazilər Kaledon dövründə əmələ gəlmiş dağ və düzənliklərdən ibarətdir. Avropanın mərkəzi hissəsində orta hündürlüklü Vogez, Şvartsvald, Mərkəzi Massiv, Sudet dağları yerləşir. Cənub hissəni isə meridian istiqamətində yerləşən cavan dağ sistemləri olan Alp, Karpat, Balkan, Pireney, Apennin dağları və düzənliklər tutur. Alp dağlarındakı Monblan zirvəsi (4810 m) Avropanın ən yüksək nöqtəsi hesab olunur.
 
Volqa uzunluğuna görə Avropanın ən böyük çayıdır (3690 kilometr). Uzunluğuna görə ikinci ən böyük çay isə Dunaydır (2850 kilometr). Bu çay səkkiz dövlətin ərazisindən keçir və onların çoxu üçün bu çay dənizə yeganə çıxış yoludur. 
 
Avropanın sahəsinə görə ən iri gölü qitənin Asiya ilə sərhədində yerləşən Xəzər dənizidir. Sahəsi 376000 kvadratkilometr olan bu gölün suları Rusiya Federasiyasının, Qazaxıstanın, Türkmənistanın, İranın və Azərbaycanın sahillərini yuyur. Sahəsinə görə ikinci ən iri göl Rusiya Federasiyasının ərazisində yerləşən Ladoqa gölüdür (17700 kvadratkilometr).
 
Ərazisi - 10,5 milyon kvadratkilometrdir.
 
Əhalisi - sahəsinin kiçik olmasına baxmayaraq, Avropa ərazisi qədim dövrlərdən daha çox məskunlaşıb. Əhalisinin sayına görə yalnız Asiya qitəsindən geri qalır. Avropada 710 milyon nəfər əhali yaşayır ki, bu da Yer kürəsi əhalisinin 18 faizini təşkil edir. İnsanların ən sıx məskunlaşdığı ərazilərdən biri olan Avropa üçün digər mühüm xüsusiyyət şəhər əhalisinin daha çox olmasıdır.
 
İqlimi – Antarktidadan başqa yeganə qitədir ki, tropik zonaya daxil deyildir. Avropa ərazisində iqlim şəraiti qərbdən şərqə doğru dəyişir. Bu qitənin okeana yaxın olması, hakim küləklərin və okean cərəyanlarının təsirinin nəticəsidir. Şimali Atlantika cərəyanının Avropa sahillərinə gətirdiyi nisbətən isti suların təsiri ilə iqlimdə müəyyən yumşalmalar hiss olunur. Qışda Atlantik okeanı üzərindən əsən cənub-qərb küləkləri (Azor antisiklonu) özü ilə birlikdə çoxlu yağıntı gətirir və havanı yumşaldır. Yayda isə şimal-qərb küləkləri (İslandiya siklonu) bol yağıntı və sərinlik gətirir. Avropanın şimal hissələri daha çox Arktika hava kütlələrinin, Cənubi Avropa isə tropik hava kütlələrinin təsiri altında formalaşır. 
 
Avropa ərazisində temperatur və rütubətin paylanmasında böyük fərqlər var. Atlantik okeanı və Aralıq dənizi sahillərindən +8 °C, +4 °C-lik yanvar izotermi keçir. Skandinaviya yarımadasının okean sahillərində 0 °C-lik izoterm daxili hissələrə doğru daha aşağı temperaturla (-8 °C, -10 °C) əvəz olunur. Şərqi Avropa düzənliyindən Ural dağlarına doğru kontinentallıq artır və temperatur daha aşağı düşür. İyul izotermləri enlik istiqamətində gedir. Orta iyul temperaturu ucqar şimalda +8 °C, Aralıq dənizi sahillərində +24 °C, +28 °C, Xəzərsahili ovalıqda +24 °C, Orta və Şərqi Avropada +16 °C, +20 °C-dir.