YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əl Fərabi

Fərabi Əbunəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzluğ Şərqin görkəmli filosofu, ensiklopediyaçı alimi olmuşdur. O, Arıs çayının Sırdəryaya töküldüyü yerdə - Fərab şəhərində türk qəbiləsindən olan hərbi xidmətçi ailəsində anadan olmuşdur. Fərabi Yaxın və Orta Şərqin mədəniyyət mərkəzlərinə səyahətlər etmiş, təhsilini artırmışdır.

 

Bir təbiətşünas filosof kimi o, daha çox Aristotelin elmi-fəlsəfi irsi ilə maraqlanmışdır. Fərabi öz dövrünün elmlərinin müxtəlif sahələrini mükəmməl bilməsi və bu elmlərin inkişafına xidməti, qədim yunan fəlsəfəsini şərh edib dünyaya tanıtdırması sayəsində “Şərq Aristoteli” kimi məşhurlaşmışdı. Şərq ölkələrində “Əl-Müəllim əs-sani”- “İkinci müəllim” saylırdı. (“Birinci müəllim” Aristotelə deyirdilər).

 

Elmin müxtəlif sahələrinə yiyələnmək və çoxlu dil bilməklə Fərabi öz müasirlərinin hörmətini qazanmışdı. Fərabi  musiqi sənətinin gözəl bilicisi idi. Deyilənlərə görə, o, ahəngdar səslər çıxaran qəribə bir alət düzəldibmiş. Fərabi bir çox orijinal fəlsəfi əsərlərin, riyaziyyat, tibb, qrammatika və musiqiyə dair risalələrin müəllifidir.

 

Fərabi mütərəqqi və azadfikirli filosof idi. O, dövrünün təbii-elmi, ictimai biliklərinin müxtəlif sahələrinə dair 160-dan artıq əsər yamışdır. Əvvəlki Şərq filosoflarından fərqli olaraq təbiətin qanunauyğun inkişafını, təbiət hadisələrindəki səbəbiyyəti düzgün izah etməklə materialist mövqedə durmuşdur.

 

Fərabinin zəngin irsi fəlsəfi fikrin sonrakı inkişafına böyük təsir göstərmişdir. Azərbaycanın görkəmli alimlərindən Bəhmənyar (?-1066), Nəsirəddin Tusi (1201-1274) və b. Fərabi məktəbinin yetirmələridir.

 

Fərabinin əsərlərindən bir çoxu ərəbcədən rus, özbək, qazax, türk, fars, ingilis, alman, fransız və b. dillərə tərcümə edilib yayılmışdır.