YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Fransa Respublikası

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 547030 km2

 

Əhalisi: 63,0 mln nəfər (2010)

 

Əhalinin sıxlığı: 115,2 nəfər/km2

 

Paytaxtı: Paris (10600 min nəfər)

 

Əsas dil: fransız

 

Dini etiqad: katolisizm (84%), protestantlıq (2%)

 

Pul vahidi: avro

 

 Dövlət quruluşu: respublika

 

Fransanın ərazisinin 60%-i dəniz səviyyəsindən 250 m-ə qədər yüksəklikdə yerləşir. Bu ərazilərin çox hissəsini nadir hallarda möhkəm dağ süxurlarının səthə çıxdığı, maili yüksəklikləri və geniş çay dərələri olan alçaq təpəliklərdən ibarət düzənliklər tutur, ölkənin şimal-qərbindəki Bretan və Normandiya əyalətlərində təpələr daha geniş ərazidə yayılır.

 

Dağlar Fransanın cənubu və şərqində yüksəlir. Şimal-şərqdə zirvələri hamarlanmış Vogez dağ silsiləsinin 200 mln. il yaşı vardır. Onlardan cənubda 1710 m yüksəkliyə qalxan və İsveçrədə də davam edən Yura dağları yerləşir. Lakin ən yüksək zirvələr Alp dağlarındadır. Onlar arasında qitənin ən yüksək nöqtəsi olan Monblan dağı (4807 m) fərqlənir. Cənubda yüksələn, ölkənin 15%-ni tutan Mərkəzi massiv 300 mln. il əvvəl yaranmış, Alp dağlarının yaranması prosesində intensiv aşınmaya məruz qalmışdır. Alp dağlarının yüksəlməsi bu dağ massivində vulkan fəaliyyətini gücləndirmiş, 10 min il əvvəl fəaliyyət dayanmışdır.

 

Bu dövrdən ərazidə soyumuş lava kütlələri və sönmüş vulkanların iti uclu konusları qalmışdır (onlar "pyui" adlanır). Ölkənin bir neçə böyük çayı, o cümlədən Luara öz başlanğıcını Mərkəzi massivdən götürür. Onunla birlikdə Sena, Rona və digər iri çaylar geniş məhsuldar vadilər yaratmışdır. Bu ərazilər əkinçiliyin əsas mərkəzləridir, ölkənin cənub-qərbində möhtəşəm dağ sistemi olan Pireney İspaniya ilə təbii sərhəd rolunu oynayır. Fransanın ərazisi Avropada yerləşən 96 və 4 xarici departamentə bölünür.

 

Xarici departamentlərə Cənubi Amerikada Qviana, Karib dənizində Martinika və Qvadelupa, Hind okeanında Reyunon aiddir. Hazırda dünyanın ayrı-ayrı regionlarında Fransanın bir neçə müstəmləkəsi qalmışdır. Fransa şimalda və qərbdə Atlantik okeanının, cənubda Aralıq dənizinin sulan ilə yuyulur. Okean sahillərinin çox hissəsini Biskay körfəzi tutur. Aralıq dənizinin sahillərində məşhur turizm şəhərləri (Nittsa, Kann, Mentona, Antib) olan Fransa Riverası zonası və ya Lazur sahilləri yerləşir. Belə coğrafi mövqe onun tarix boyu güclü ticarət və müstəmləkə dövləti olmasına imkan vermişdir. Sahilboyu yerləşən bəzi şəhərlər iri limana çevrilmişdir, onlar arasında Havr, Marsel, Dyunkerk, Ruan, Nant-Sen-Nazer, Bordo daha böyük əhəmiyyət kəsb edir. Fransa Böyük Britaniyadan La-Manş və Pa-de-Kale boğazları ilə ayrılır. Bu su məkanının 30 kmlik ensiz hissəsində 1994-cü ildə Avrotunel çəkilmişdir. Tunel dəmir və avtomobil yolu ilə iki ölkəni birləşdirir. Fransanın iqlimi mülayimdir, bununla yanaşı müəyyən regional fərqlər də vardır. Ölkənin şimalı və qərbində Atlantik okeanından əsən küləklər hesabına nüsbi rütubətlik yüksək, hava çox rütubətli və dəyişkəndir. Bu ərazilərdə yay sərin, qış yumşaq keçir.

 

Paris ətrafındakı 11-de Frans regionunda dəniz iqlimindən kontinental iqlimə keçid tipi formalaşır. Yazda və payızda bol yağıntılar düşür, yayda ildırım çaxır, ölkənin şərqində və Mərkəzi massiv sahəsində yay və qış temperaturları arasında xeyli fərqlər yaranır. Bu regionların iqlimi kontinentala yaxındır. Cənubda Aralıq dənizi iqlim tipi üstünlük təşkil edir. Yayda orta sutkalıq temperatur 17°-29°C arasında olur, qışda isə az hallarda 0°C-dən aşağı düşür. Cənubi Fransada güclü, quru və soyuq mistral küləkləri əsir. Bəzən bir neçə gün əsən küləklərin sürəti 130 km/saata qədər çatır və əkinçiliyə ciddi ziyan vurur. Şimaldakı ovalıqlarda il ərzində 300 mm, dağlarda bəzi yerlərdə 1300 mm-ə qədər yağıntı düşür. Fransa dünyada kənd təsərrüfatı məhsullarını istehsal və ixrac edən ən mühüm ölkələrdən biridir. Burada taxıl və kökümeyvəli bitkilər, qulançar, kətan, tut ağacı, tütün əsas bitkilərdir. Ölkədə 20 mln. başdan çox iribuy-nuzlu mal-qara, 300 mln. baş quş saxlanılır. Geniş ərazilərdə meyvə bağları yayılmışdır. Üzüm, alma və başqa meyvələrin məhsullarının çox hissəsi içkilər və şirə (sous) hazırlanmasında istifadə olunur.

 

Fransa özünün şərabları və tünd spirtli içkiləri ilə məşhurdur. Onlar ənənəvi olaraq istehsal olunduğu regiona görə adlanır: şampan, burqund, bordo, konyak və s. Fransa dünyada ikinci böyük pendir istehsalçısıdır. İkinci Dünya müharibəsindən sonra Fransa iri sənaye dövlətinə çevrilmişdir. Belə sürətli inkişafa ölkənin zəngin təbii sərvətləri, o cümlədən dəmir filizi ehtiyatları imkan vermişdir. Dəmir filizinin ehtiyatlarına görə Fransa Avropada qabaqcıl yerlərdən birini tutur. Fransada atom energetikası güclü inkişaf etmişdir, elektrik enerjisinin 84%-i AES-lərdə istehsal olunur. Ölkə Avropada iri maşınqayırma mərkəzi kimi tanınır, müxtəlif təyinatlı texni[1]ka, avtomobil, elektronika, meşə sənayesi məhsulları istehsal olunur. Aviasiya-kosmos, kimya, radioelektronika, gəmiqayırma sahələri yüksək ixtisaslı kadrlardan istifadə edilməsinə əsaslanır. Fransa qəbul edilən turistlərin sayına görə dünyada birinci yeri tutur. Ölkəyə 2008- ci ildə 79 mln. nəfərdən çox turist gəlmişdir. Fransanın təsərrüfatında ən böyük rol turizmə məxsusdur.

 

Pireneyin ətəyindəki dini ziyarət mərkəzi olan Lurd şəhəri və Alp dağlarındakı qış dağ-xizək kurortlarından mənzərəli çay dərələri, Luara qəsrləri və Aralıq dənizinin Lazur sahillərinin dəbdəbəli kurortlarına qədər geniş çeşidli mərkəzlər turistlər üçün çox maraqlıdır. Paris təkcə ölkənin paytaxtı deyil, həm də onun siyasi, mədəni və işgüzar-biznes təsiri bütün ölkəyə və ətraf ərazilərə yayılır. Parisin mərkəzi Sena çayında 2200 il əvvəl kelt tayfası olan parizilərin öz məskənlərini saldıqları kiçik Siti adasıdır. O dövrdən sonra buradakı çayın meadrında Paris şəhəri inkişaf etmişdir. Şəhərin tarixi inkişafını əks etdirən çoxsaylı memarlıq abidələrinə Müqəddəs Məryəm kilsəsi, Sorbon Universiteti və Luvr muzeyi aiddir. Məhz Parisdə 1789-1799-cu illərdə olmuş Böyük Fransa inqilabı nəticəsində ölkəni 1300 il idarə etmiş Şahzadələrin hakimiyyəti devrilmiş və respublika təsis edilmişdir. Əhalinin 90%-i yerli sakinlər olan fransızlardır. Qədimdə Fransanın ərazisində keltlər yaşamışlar. B.e.ə. II əsrdə bu ərazilərə romalılar gəlməyə başladılar və keltləri qallar adlandırdılar. Ona görə ölkənin tarixi adı Qalliyadır. B.e.ə. I əsrin ortalarında bütün Qalliya Roma imperiyasının tərkibinə qatılmışdır. 2600 il əvvəl qədim yunanlar hazırda iri şəhər və liman olan Marselin yerində Massiliya ticarət məntəqəsinin əsasını qoymuşlar. V əsrdə Xalqların Böyük köçü prosesində Qalliyaya alman tayfaları daxil olmuşdur.

 

Cənubdan və cənub-qərbdən qərbi qotlar, şərqdən və cənub-şərqdən burqundlar, şimal və şimal-şərqdən franklar gəlirdilər. V əsrin sonunda demək olar ki, bütün Qalliya Frank Şahzadəsi I Xlodviq tərəfindən tutulmuş və Frank dövlətinin əsas hissisinə çevrilmişdir. X əsrdən ölkə Fransa adlanır. X əsrin birinci yarısında ölkənin şimal-qərb hissəsində norman istilaçıları qərar tutdular. Ona görə bu ərazilər Normandiya adlanır. Fransa bu əraziləri 1202-1204-cü illərdə geri almışdır. XVI əsrdə ölkədə mütləq hakimiyyət qurulmuşdur. XVIII-XX əsrlərdə Fransa müstəmləkə dövlətinə çevrilmişdir. Şimali Afrikanın çox hissəsi, Qərbi Afrikanın bir hissəsi, Karib dənizi hövzəsində, Cənub-Şərqi Asiyada ərazilər və Sakit okeanda çoxlu adalar Fransanın müstəmləkəsi olmuşdur. Bu regionlardan, xüsusilə Şimali Afrikadan ölkəyə xeyli sayda miqrantlar gəlmişdir. Ölkədə portuqal, italyan, ispan və türk icmaları da vardır.