YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Meksika

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 1958 201 km2

 

Əhalisi: 110,6 mln. nəfər (2010)

 

Əhalinin sıxlığı: 56,5 nəfər/km2

 

Paytaxt: Mexiko (şəhər ətrafı ilə birlikdə 19232 min nəfər)

 

Rəsmi dil: ispan

 

Dini etiqad: katolisizm ( 90%- dən cox)

 

Pul vahidi: Meksika pesosu

 

Dövlət quruluşu: respublika

 

Meksika Birləşmiş Ştatları dünyada ən böyük ispandilli ölkədir, sahəsinə görə şimal qonşusu ABŞ-dan 5 dəfə kiçikdir.

 

Meksika 32 inzibati regiona - 31 ştata və paytaxt Mexikonun yerləşdiyi federal dairəyə bölünür. Bu nəhəng meqalopolisin sərhədləri federal dairənin hüdudlarından çıxmışdır. Şəhər inkişaf edərək ona yaxın olan kiçik məntəqələri özünə birləşdirir. Təxmini hesablamalara görə 19 mln. nəfərə qədər əhali ilə Mexiko dünyanın ən böyük meqalopolislərindən biridir.

 

Hər tərəfdən dağlarla əhatə olunan şəhərdə ölkənin sənaye potensialının yarısından çoxu cəmlənir. Meksika Şimali və Cənubi Amerikanı birləşdirən bərzəxin ən şimal və geniş hissəsində yerləşir. Qərbdə Meksika sahillərini Sakit okeanın və Kaliforniya körfəzinin, şərqdə Meksika körfəzi və Karib dənizinin suları yuyur. Sahillərdə olan bir neçə ada Meksikaya aiddir.

 

İri çaylar və göllər nisbətən azdır. Ən böyük göl olan Çapalanın sahəsi 1080 km2-dir. O, ölkənin ikinci böyük şəhəri olan Qvadalxara yaxınlığında yerləşir. Ən böyük çay Rio-Qrande (Rio-Bravo-del Norte də adlanır) Meksika və ABŞ-ın Texas ştatı arasında 2000 km sərhəd boyu axaraq Meksika körfəzinə tökülür. Təbii şəraiti Ölkə ərazisinin çox hissəsini Meksika dağlıq yaylası tutur, ətraflar dağlıq silsilələrlə əhatə olunur. Şərqdə və qərbdə dağlar ensiz sahilboyu düzənliklərə keçir. Cənub-şərqdə yerləşən Yukatan yarımadası əsasən əhəngdaşılardan təşkil olunur, orta hesabla dəniz səviyyəsindən 30 m-dən yuxarı qalxmır. Yarımada sıx rütubətli tropik meşələrlə örtülüdür. Meksikanın ərazisinə forması və relyefinə görə Yukatandan kəskin fərqlənən Kaliforniya yarımadası da daxildir. O, ABŞ-ın Kaliforniya ştatından cənuba doğru 1225 km uzanır və Kaliforniya körfəzini Sakit okeandan ayırır. Yarımadanın çox hissəsi hündürlüyü 3000 m-dən yüksək olan dağ silsilələrindən ibarətdir. Meksikanın mərkəzində olan yüksək yayla geniş ərazi tutur. Yaylanın şimalında iri relyef formaları olmasa da, şərqdə və qərbdə iki böyük dağ silsiləsi ilə əhatə olunur: Şərqi Syerra-Madre və Qərbi Syerra-Madre dağları. Yayla Meksikanın sahəsinin yarıya qədərini tutur və qərbdən şərqə tərəf tədricən alçalır. Cənubda onun hündürlüyü artır, çoxsaylı vulkanik silsilələrlə parçalanmış region əmələ gətirir. Verakrus və Pueblo şəhərləri arasında ölkənin ən hündür nöqtəsi olan Çitlatepetl (Orisaba) vulkanı (5610 m) yüksəlir. Mərkəzi yaylanı əhatə edən dağların digər tərəfində geniş sahilboyu ovalıqlar yerləşir. Meksikada başı qarlı zirvələrdən isti, quru səhralara və rütubətli tropik meşələrə qədər landşaftlara rast gəlinir.

 

İqlim şəraiti okean səviyyəsindən olan yüksəklikdən və coğrafi enlikdən asılı olaraq dəyişir. 910 m-dən aşağı olan vilayətlər "tyerra kalyente" (isti ölkə), 910 m-dən 1800 m hündürlüyə qədər olan ərazilər "tyerra templada" (mülayim ölkə), 1800 m-dən yuxarı olan hissələr "tyerra-trita" (soyuq ölkə) adlandırılır. Məsələn, Mexiko şəhəri tyerra-templada zonasında yerləşir. Burada hava sərindir, iqlim qurudur, il ərzində temperatur az-orta hesabla 12°C-dən 17°C-yə qədər tərəddüd edir. Meksikanın şimalında subtropik iqlim, cənubda tropik iqlim yaranır. Şimalda havanın maksimum temperaturu xeyli yüksəkdir, bəzən 45°C-yə çatır. Belə güclü istilər və az miqdarda yağıntı olduğu şəraitdə geniş ərazilərdə səhralar və yarımsəhralar yaranır. Ayrı-ayrı yerlərdə il ərazində 250 mm-dən az yağıntı düşür. Mərkəzi və Cənubi Meksikanın çox hissəsində iqlim nisbətən qurudur. Yalnız ölkənin ucqar cənubu və cənub-şərqində olan tropik rayonlarda bol yağıntı düşür. Meksikanın ən rütubətli vilayətləri cənubda və Yukatan yarımadasında yerləşir. Burada il ərzində 3000 mm-dən çox yağıntı olur. Meksikada təbii-iqlim şəraiti və landşaft zonalarının həddən artıq müxtəlifliyi çoxsaylı bitki və heyvan növlərinin mövcud olmasına imkan yaradır. Şimaldakı ən isti və quraq səhra rayonlarında seyrək bitki örtüyü, o cümlədən yukka (zanbaq fəsiləsindən bitki), çoxsaylı kaktus növləri və nəhəng kaktus növü olan saquaro bitir. Quraq vilayətlərdə, həmçinin, həşəratlar, kərtənkələlər, kayotlar, armadil (dəri əvəzinə buynuz təbəqəsi ilə örtülmüş heyvan) yaşayır. Meşələr ölkənin 20%-ə qədərini örtür və ümumi sahəsi 550 min km2-dir. Ucqar cənubda isti və rütubətli tropik meşələr yayılır.

 

Meşələrdə meymunlar, yaquarlar, müxtəlif növ quşlar və kərtənkələlər yaşayışın Syerra-Madre silsiləsi və digər dağların yamaclarında şam və digər iynəyarpaqlı ağaclardan ibarət olan meşələr geniş yayılmışdır. Onların yuxarı sərhəddi 4000 metrə qədər qalxır. Meşələrdə ayı, vəhşi donuz və oselot (Amerikada yaşayan sarı xallı dərisi olan vəhşi pişik) kimi heyvanlar yaşayır. Meşələrin qırılması və çox heyvan növlərinin təbii yaşayış mühiti məhv edildiyinə görə onlar da məhv olmaq təhlükəsi qarşısında qalmışdır.

 

Meksikada qədim olmeklərin mədəniyyəti b.e.ə. XII-V əsrlərdə çiçəklənmişdir. Bu mədəniyyət Meksikanın daha sonrakı mədəniyyətinin, xüsusilə mayyaların yüksək inkişaf etmiş sivilizasiyasının formalaşmasına təsir göstərmişdir. Asteklər Meksikaya 1200-ci ildə gəlmiş və müasir Mexikonun yerində Tenoçtitlan adlı paytaxt şəhərini qurmuşlar. Asteklərin var-dövləti və zəngin diyar olması haqqında məlumatlar ispan konkistadorlarının diqqətini onların regiona gəldiyi ilkin vaxtlardan cəlb etdi və XVI əsrin əvvəlində astek sivilizasiyası məhv edildi. İspanların XVI əsrdə Yeni İspaniya adlandırdığı Meksika 1821-ci ilə qədər İspaniya müstəmləkəsi altında olmuşdur. Əhalinin 30%-ə qədərini yerli əhali, 60%-ni ən böyük etnik qrup olan metislər təşkil edir. Mayya xalqları bütün Meksikada yaşayır. Onlar bu ərazilərdə insanı heyrətə salan şəhərlər və tikililər yaratmışlar. Belə qədim piramidalardan biri "Kitabələr Məbədi" adlanır. O, Vilyaermosa şəhərindən 110 km cənub-şərqdə olan Palenkada yerləşir.