YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

İnsanın sinir sistemi

İnsan bəzən günlərlə fikirləşib tapa bilmədiyi sualın cavabını qəfildən tapır, yaxud yadından çıxmış bir adı təsadüfən xatırlayır. Sizcə, buna səbəb nədir?


Sinir sistemi pozulsa, orqanlarımız öz funksiyalarını yerinə yetirə bilərmi?

 

Orqanizmdə iki cür tənzimləyici sistem var: sinir sistemi və endokrin sistem. Sinir tənziminə yalnız insanlarda və əksər heyvanlarda rast gəlindiyi halda, endokrin tənzimə həm də bitkilərdə və göbələklərdə müşahidə olunur.

 

Orqanizmdə nəzarətçi kimi də fəaliyyət göstərən sinir sistemi bədən üzvlərinə göndərdiyi siqnallarla insanın ətraf mühitə münasibətdə necə davranacağını "söyləyir".

 

İnsan orqanizmi toxuma və orqanların mürəkkəb sistemi olub daima qarşılıqlı əlaqədə fəaliyyət göstərir. İnsanın ayrı-ayrı orqanlarının fəaliyyətinin tənzimi sinir sistemi ilə həyata keçirilir. Sinir toxumasını, əsasən, neyronlar və peyk hüceyrələri təşkil edir. Ətraf mühitdən qıcığın qəbul edilib ona qarşı cavab reaksiyasının verilməsi neyronlar vasitəsilə həyata keçirilir və bu proses refleks adlanır. Refleksin yaranmasında, adətən, hissi, ara və hərəki neyronlar iştirak edir.

 

Hissi neyronlar impulsları duyğu orqanlarından mərkəzi sinir sisteminə, hərəki neyronlar isə mərkəzi sinir sistemindən işçi orqanlara çatdırır. Ara neyron hissi və hərəki neyronlar arasında əlaqə yaradır.

 

Neyronlar cisimdən və çıxıntılardan ibarətdir. Qısa çıxıntılar dendrit, uzun çıxıntılar akson adlanır. Hissi və hərəki neyronların aksonlarının yığını sinir sisteminin ağ maddəsini (mielin qişası), hissi və hərəki neyronların cisimləri və dendritləri, ara neyron isə bütövlükdə sinir sisteminin boz maddəsini əmələ gətirir. Neyronların bir-biri ilə çıxıntıları vasitəsilə təmas yerləri sinaps adlanır. Doğulduqdan sonra insanlarda və əksər heyvanlarda neyronlar çoxalmır.

 

Lakin periferik hissləri (sinir düyünləri və mərkəzi sinir sistemindən çıxan sinirlər) regenerasiya yolu ilə bərpa olunur. Sinir liflərinin regenerasiyası çox gec baş verir (sutkada 0,3-1 mm).

 

Peyk hüceyrələrinin sayı neyronlardan təqribən 10 dəfə çox olub, əsas funksiyası neyronların qidalanma, müdafiə və dayağını təmin etməkdən ibarətdir.

 


Sinir toxumasının əsas xassəsi oyanma qabiliyyəti və oyanmanı nəql etməsidir. Bunun nəticəsində orqanizm müxtəlif qıcıqlara cavab verir.

 

 

Orqanizmin sinir sistemi vasitəsilə qıcıqlara verdiyi cavab reaksiyası refleks adlanır. Sinir impulslarının keçdiyi yol refleks qövsüdür. Bura reseptor, hissi yol, mərkəzi sinir sisteminin bir hissəsi, hərəki yol və işçi orqan aiddir.

 

İnsanın müxtəlif orqanlarında qıcıqlan qəbul edən reseptorlar var. Reseptorlar kimyəvi, mexaniki, elektrik və başqa qıcıqların təsirindən oyanır. Oyanma refleks qövsünün növbəti hissələri ilə nəql olunur. Orqanizm həmin qıcığa qarşı müəyyən cavab reaksiyası verir. Əgər refleksin yaranmasında yalnız hərəki və hissi neyronlar iştirak edirsə, bu reflekslərə sadə, hissi və hərəki neyronlarla bərabər bir və ya bir neçə ara neyron da iştirak edirsə, bunlara mürəkkəb reflekslər deyilir.

 

İnsan orqanizmində müxtəlif mürəkkəb reflekslər baş verir.

 

Qıcıqlandırıcı maddələrin təsirindən gözdən yaş axması, burun boşluğuna yad cisimlər düşdükdə baş verən asqırma, ləzzətli qida qoxusundan ağız suyunun ifrazı, iti və isti əşyalara toxunduqda əlin, ayağın tez kənara çəkilməsi belə reflekslərə aiddir. Reflekslər insanın xarici mühitlə əlaqəsində çox böyük əhəmiyyət kəsb edir.