YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qarabağ bölgəsi

Qarabağ bölgəsi tarixi-etnoqrafik bölgələr içərisində xüsusi yer tutur. Azərbaycan məişət və mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. Bölgə coğrafi cəhətdən düzən və dağlıq hissələrə bölünür. Əhalinin ənənəvi məşğuliyyəti maldarlıq, əkinçilik və sənətkarlıqdır. Bölgənin maddi mədəniyyətində lokal elementlər formalaşmışdır. 

 

Keçmişdə parça istehsalı (yun, ipək, pambıq) geniş yayılmışdı. Burada ipəkdən darayı, mov, tafta, qanovuz və s. parçalar toxunurdu. Qadın geyimləri daha çox ağ çit - hümayun ağından, qadm arxalığı zərxara və məxmər parçalardan tikilirdi. Üst paltarı - çəpkən bahalı parçadan, məxmərdən və pambıqdan olurdu. Düzən Qarabağda yayılan geyimlər öz biçim və bəzəklərinə görə Qarabağın dağlıq hissəsindən fərqlənirdi. Üst paltarlarından kürdü də geniş yayılmışdı. Bəzi qadın geyimləri güləbətinlə bəzədilirdi. Qadın bəzəklərindən “qırxdüymə” sırğa, “ hil” boyunbağı qeyd olunmalıdır. 

 

Kişilər biryanlı və döşüaçıq arxalıqlar, Qarabağ üçün səciyyəvi olan kəsmə çuxa (uzunqollu, vəznəli) geyirdilər. 

 

Keçmişdə bölgədə “qaradam” (“ev damı” , “ torpaq dam”), “bağdadi” və “tağbənd” ev tipləri geniş yayılmışdır. 

 

Bölgə yeməkləri, o cümlədən şirniyyatı Azərbaycan mətbəxinin zənginləşməsinə böyük təsir etmişdir (Qarabağ kətəsi, Bərdə nanı və s.). 

 

 

Qarabağ xalçaçılıq məktəbi də bütün dünyada məşhurdur. Burada müxtəlif çeşidli xalçalar - “Ləmbərani” , “ Çələbi” , “Açma-yumma” , “Balıq” , “ Buynuz” , “Qarabağ” , “ Bərdə” xüsusilə fərqlənir. İpəkdən xovlu və xovsuz xalçalar, həndəsi ornamentli cecimlər də qeyd olunmalıdır. Cecimlər ən çox Ləmbəranda toxunurdu. Qarabağ xalçaları əsas etibarilə palıdı, al-qırmızı, piyazi rənglərində olur. Xalçaçılığın əsas mərkəzi Şuşadır. Maldarlıqda əsas yeri atçılıq və qoyunçuluq tutur. Burada xalq seleksiyası yolu ilə Qarabağ atı və Qarabağ qoyun cinsi yetişdirilmişdir. 

 

Azərbaycanlıların musiqi mədəniyyətinin inkişafında Qarabağ xanəndələri müstəsna rol oynamışlar. Keçmişdə Qarabağ xalq ifaçıları bütün Şərqdə məşhur idi.

 

Azərbaycan ədəbi dilinin inkişafına Qarabağ dialektinin təsiri olmuşdur.