YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Səsli və səssiz kino

Kinematoqrafiyada ilk çəkilən filmlər səssiz idi. Hərəkət edən şəkillər bir-birini əvəz edirdi. Dalğada dalğalanan qayıq, toz səmasında uçulan divar. Ekranda arxada görünən qatar qabağa gələrkən o ölçülərdə böyüyür və tamaşaçıya qorxu hissi yaradır.

 

Bütün bu trüklər zaman keçdikcə mürəkkəbləşir və təkmilləşirdi. 

 

Lümyer qardaşları sənədli kinonun, Melyes isə oyun kinosunun, kinofantastikanın və dəhşətli filmlərin baniləri olmuşlar. Melyes trük filmləri yaradanda xususi effektlərdən istifadə etmişdir - unikal ixtira olan stop-kadr buna misaldır.

 

Kino incəsənətinin əsası montajdır, onun banisi Amerika kinorejissoru Edvin Stanton Porterdir (1870-1941) (o qısametrajlı kinolar çəkmiş, onlardan 2-si qalmışdır).

 

Porterin yeniliyi ondan ibarət idi ki, o bir şəkilin səhnəsini digər şəkilin səhnəsi ilə əvəz edirdi. Tamaşaçı həm birinci, həm ikinci hərəkətə baxa bilmirdi. Bu üsul sonralar paralel montaj adlanırdı. Bəzən ona çarpaz üsul da deyirdilər.

 

Səssiz kinonun ən görkəmli aktyorları Maks Linder (Fransa), Çarli Çaplin (Amerika) olmuşlar. Çarli Çaplin Maks Linderi öz müəllimi hesab edirdi. O xeyirxah, rədd edilmiş romantik və səfil obrazlarını yaratmışdır. Onun filmləri - “Qızıl qızdırma” (1925), “Təzə vaxtlar” (1936), “Böyük diktator” (1940) olmuşdur.

 

Kinonun səssiz olmasını əsas hesab edərək, o, 1940-cı illərə qədər səsli filmləri çəkmirdi.

 

Kino tarixçiləri səssiz kinonu 3 istiqamətə ayırmışlar:

 

Komediya filmləri (Ç. Çaplin, Baster Kiton), melodram – burada qəhrəmanlar məhəbbətdən əziyyət çəkirdilərdir (Meri Pikford) və avantürlü kinolent – cəsarətli qəhrəmanlar çətinliklərlə və düşmənlərlə mübarizə edənlərdir (Ferbenks). 

 

1927-ci ildə səsli film yaranıb. Səsli film dövrü A.Kroslandın “Caz müğənnisi” kinosu ilə başlayır və səssiz kinolara maraq bitir. 3 il ərzində səsin köməyi ilə: qanqster filmi, dəhşətli filmlər, vestern - yaranır.

 

30-cu illəri Amerikada Hollivudda kinonun “Qızıl əsrini” adlandırdılar. 30-cu illərin axırında, 40-cı illərin əvvəlində kino sənəti üçün yeni dövr yaranır. Səssiz filmlər qısa kadrlarla çəkilirdi, sonralar epizodlarla birləşirdi, epizodlar isə bütöv filmdə əks olunurdu.

 

Səsli kino gələndən sonra bu növlü montajlar yararsızlaşır. Personajlar danışanda epizodlar qısa parçalara bölünə bilinmirdi. Amerika rejissoru Uols isə buna çıxış yolu tapdı. O filmin məkanını qabağ və uzaq kadrlarla doldurdu, beləliklə o aktyorların danışığını uzatdı.

 

Hər bir ölkə özünə məxsus olan kinematoqrafiyanı yaradırdı, həmçinin məşhur aktyorları formalaşdırırdı. 

 

Azərbaycan kinosunun görkəmli rejissorları Rasim Ocaqov, Tofiq Tağızadə, Həsən Seyidbəyli, dahi aktyorları İzzət Orucova (Sevil), Həqiqət  Rzayeva, Rəşid Behbudov, Ağasadıq Gəraybəyli, Nəcibə Məlikova, Əliağa Əliyev, Nəsibə Zeynalova məşhur olmuşlar.