Xəbərlər

Balaca həmyerlilərimizin idman uğuru

Noyabrın 16-da Budapeştdə bədii gimnastika üzrə ölkə kuboku yarışlarında komanda hesabı ilə Veçesa komandası qalib gəlib. Komandanın heyətində iki azərbaycanlı – Fidan və Nərmin Seyidova bacıları da var. 
 
Tamaşaçılar komandanın “Misir şahzadəsi” nömrəsini alqışlarla qarşılayıb. Yüksək ifa bacarığı, komanda hərəkətində ahəngdarlıq və ümumi artistizm, həmçinin uğurlu geyim seçimi münsiflər heyətində böyük təəssürat yaradıb.
 
Komanda həm də “Münsiflər heyətinin rəğbəti” mükafatına da layiq görülüb. Kuboku müsabiqədə ilk dəfə iştirak edən komandanın qazanması olduqca qeyri-adi hadisədir. Kuboku qalib komandanın üzvləri bir ay ərzində növbə ilə evlərində saxlayacaqlar.