Bu maraqlıdır!

Qədim Pompey şəhəri

Pompey qədim Roma imperiyasının şəhəridir. Bu yaşayış məntəqəsi Neapol şəhərinin yaxınlığında yerləşirdi. İki min il əvvəl Vezuvi vulkanının ətəklərində mövcud olub.

 

Eramızın 79-cu ilində Vezuvinin güclü püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olub.  Vulkanın gücü o qədər çox olub ki, hətta kül Misir və Suriyaya qədər gedib çatıb. Pompeyin 20 min əhalisindən 2 mini həlak olub. Əhalinin çoxu faciədən öncə şəhəri tərk etmişdi.

 

1713-cü ildə təsadüfən bu şəhərin qalıqlırı aşkar edilib. Arxeoloqlar şəhəri, demək olar ki, qalın vulkan külündən tamamilə təmizləyiblər. Zəhərli qaz və isti külün təsiri ilə məhv olmuş canlıların qalıqları indiyədək ilkin formada qalmaqdadır. Pompey hazırda açıq səma altında muzeydir. YUNESKO-nun Ümümdünya İrsi siyahısına daxil edilib. 

 

Ölkənin cənub hissəsində yerləşən qədim Pompey İtaliyanın ən çox turist qəbul edən üçüncü, dünyanın isə 48-ci tarixi abidəsidir. Buraya ildə 2,5 milyondan çox insan baş çəkir.