Nağıllar, hekayələr

Qarışqa və buğda dənələri

Bir kral var idi. O, nağıl dinləməyi hər şeydən çox sevirdi. Bütün saray əyanları ona əvvəlcədən bildikləri bütün nağılları danışmışdılar və buna görə də kral qızını, ona bitməyəcək nağıl danışacaq birinə, ərə verəcəyini elan etdi. Ancaq sonu olan uzun bir nağıl olsa, dastançı dərhal edam ediləcəkdir.


Yaraşıqlı bir gənc padşahın sarayına gəldi və heç bitməyəcək bir nağıl danışmaq istədiyini söylədi.


"Əgər çox uzun bir nağıl olsa, səni edam edəcəyəm!" kral gəncə başdan söylədi.


Yalnız gənc qorxmadı, kral taxtının yaxınlığındakı bir skamyaya oturdu və danışmağa başladı:


- Bir qarışqa var idi. Qarışqa artıq neçə gün idi ki, yeməmişdi və çox ac idi. Bu qarışqa sürünərək yol boyu gəzirdi və birdən nəhəng bir anbara rast gəldi. Əkinçi bütün buğdasını bu anbara yığmışdı. Qarışqa anbardan buğda götürüb qışa tədarük görməyə və üstündən yeyib aclığına son qoymağa qərar verdi.


Qarışqa anbarın içinə girdi, belinə bir buğda dənəsi yüklədi və sürüyərək evinə apardı. Qarışqa kiçik olduğundan yalnız bir dənə buğda daşıya bilirdi. Beləliklə, anbara qayıdıb arxasına daha bir buğda dənəsi yükləyib onu evinə sürüklədi. Sonra anbara qayıdıb arxasına başqa bir buğda dənəsi yüklədi və evinə apardı. Sonra anbara qayıdıb arxasına yenə  bir buğda dənəsi yüklədi və evinə sürüdü.

Sonra anbara qayıtdı və...


Gənc qarışqanın buğda dənələrini ardıcıllıqla anbardan necə sürüyüb yuvasına apardığını danışırdı, nağıl bitmək bilmirdi. Kral nağılın əsla bitməyəcəyini nəhayət ki, başa düşdü və dedi:


- Qızımı sənə ərə verirəm, sadəcə bitməyən nağılını tezliklə bitir!


- Yaxşı, - cavan oğlan dedi, - qarışqa evinin buğda dənələri ilə dolu olduğunu gördü və artıq anbara qayıtmağa ehtiyac olmadığını başa düşəndə rahat oturub yeməyə başladı. Burada nağıl bitdi.


Padşah məmnun qaldı. Gənc və kral qızı evləndilər və ömürləri boyu xoşbəxt yaşadılar.