Təbiət

Təbiətin yaratdığı heyrətamiz “Mərmər Mağara”

İki Cənubi Amerika ölkəsi Çili və Argentinanın sərhədində dünyanın ən dərin göllərindən biri olan - General Karrera (Lago General Carrera) gölü yerləşir. Göl olduqca böyük və dərindir. Səthinin sahəsi təxminən 1850 km, bəzi yerlərdə dərinliyi 586 metrə çatır. Göl özünəməxsus “Mərmər Mağarası” (Marble Cathedral və ya Las Cavernas de Marmol) ilə məşhurdur.


Bu mineral məkanın meydana gəlməsi daxili şəklinə görə belə adlandırılıb. Min illər boyu suyun, yağışın və küləyin davamlı təsiri altında sahil qayaları aşınmaya (erroziyaya) uğrayaraq bu heyrətamiz formanı alıb.


Mərmər mağara dünyanın hər yerindən gələn turistləri heyran edir. Mağaranı əhatə edən şəffaf və təmiz su isə buranın ecazkar təbii gözəlliyini tamamlayır.


Mərmər mağara yalnız rəng və formasına görə “mərmər” adlandırılmayıb. Labirintlərin dərinliklərində həqiqi mərmər yataqları gizlədildiyi barədə əfsanələr dolaşır, ancaq bu günə qədər bunu sübut etmək mümkün olmayıb. 


Maraqlı bir fakt da odur ki, göldəki suyun səviyyəsi vaxtaşırı dəyişir, azalır və ya əksinə müxtəlif tunel və labirintləri gizlədir. 


Gölün suları somon və alabalıqla doludur. 


Təbiətin yaratdığı bu qeyri-adi, heyrətamiz məkanı görmək üçün hər il Çili sularına minlərlə turist axın edir.