Bu maraqlıdır!

Günəş doğarkən və batarkən niyə eyni rəngdə görünməz

Günəş işığı ağ rəngdə görünür, bununla bərabər görə bildiyimiz bütün rənglərdəki işığın qarışığından ibarətdir. Əgər bir obyekti mavi rəngdə görürüksə, bunun səbəbi həmin obyektin yalnız mavini əks etdirib digər rəngləri udmasından qaynaqlanır. Günəş işığı bizə çatmazdan əvvəl qalın bir atmosfer qatından keçir. Bu anda bəzi rənglər atmosferə paylanır. Ən çox paylanan rəng mavi olduğu üçün atmosferi mavi rəngdə görürük. 

 

Tərkibində mavi rəng olan günəş işığı sarı rəngə yaxın görünüş alır. Günəş üfüqə nə qədər yaxındırsa, o qədər qalın bir atmosfer qatını keçər. Bu səbəbdən Günəş doğarkən və batarkən qırmızı görünər. Atmosfer tərkibində su buxarı kimi qazlar və toza da bağlıdır. Bəzi günlər Günəşin xüsusilə batarkən normal vəziyyətdən daha qırmızı və sönmüş göründüyünün fərqində oluruq. Bunun səbəbi atmosferdəki su buxarı və tozdur. Atmosfer adətən axşam daha tozlu olur. Çünki yer üzünün və havanın gün boyunca isinməsi atmosferdə çalxantılara yol açır. Toz dənəcikləri də belə atmosferə yayılır. Bundan başqa, böyük ərazilərdə çirkli hava qatı da günəş işıqlarını udur. Havanın çirkliliyi adətən axşam saatlarında artdığından Günəş batarkən onun solğun görünməsinə şərait yaradar.